Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17824
az

Xanımların DİQQƏTİNƏ! Təyyarədə iş var, tələsin

15:1912 Sentyabr, 2019
885
  • A
 
"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edib.

AZAL-dan  verilən məlumata görə, sənəd qəbulu 2019-cu il sentyabrın 16-dan oktyabrın 16-dək (saat 10:00-dan 12:00-dək) aparılacaq.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 160 sm-dən az və 180 sm-dən çox olmayan, orta təhsili başa vurmuş, mütləq qaydada Azərbaycan və ingilis dillərində sərbəst danışan xanımlar iştirak edə bilər. Digər xarici dil (rus, ərəb, Çin) bilikləri arzu olunandır. Əlavə tələblərə daxildir – ünsiyyət, həmçinin bədənin görünən hissələrində döymə, çapıq və doğum ləkələrinin olmaması.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;

- bir fotoşəkil (3x4);

- xarici pasport;

- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər qeyd olunan tarixdə Heydər Əliyev Beynəlxalq Aeroportunda AZAL-ın Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xanımların DİQQƏTİNƏ! Təyyarədə iş var, tələsin
Dövlət qurumları bahalı maşınları ucuz qiymətə satışa çıxarıb -ELAN

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ