Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13293
az

İş axtaranlara ŞAD XƏBƏR! -FHN-də boş yerlər var

13:0816 May, 2019
3934
  • A
 
Fövqəladə Hallar Nazirliyi Şirvan şəhəri üzrə boş qalmış sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar əlavə müsabiqə elan edir.

FHN-dən  verilən məlumata görə, müsabiqədə Şirvan şəhərində qeydiyyatda olan, həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 30.06.2019-cu il tarixinədək tamam olmamış, boyu 170 sm və yuxarı olan, tam orta və ya orta-ixtisas təhsilli, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət edən vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:

tərcümeyi-hal;

şəxsiyyət vəsiqəsi;

təhsil haqqında sənəd (attestat və s.);

hərbi bilet;

sağlamlıq haqqında arayış (Forma № 086);

Vərəm Əleyhinə Dispanserdən arayış;

Dəri-Zöhrəvi Dispanserdən arayış;

Ruhi Əsəb Xəstəlikləri Dispanserindən arayış;

Narkoloji Dispanserdən arayış.

Sənədlər Şirvan şəhər Dövlət Yanğından Mühafizə dəstəsinin inzibati binasında (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) 17 may 2019-cu il tarixində saat 10:00-dan 17:00-dək qəbul olunur.

Qeyd olunur ki, vətəndaşlar fiziki hazırlıq üzrə yoxlamada iştirak etmək üçün uyğun geyimdə (idman ayaqqabısı və s.) olmalıdırlar.

Əlavə məlumat üçün (012) 512-05-92 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Компания Эмина Агаларова ищет сотрудника - ЗАРПЛАТА 1000 МАНАТ

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR