Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13185
az

Dövlət qurumları bahalı maşınları ucuz qiymətə satışa çıxarıb -ELAN

11:3014 May, 2019
1824
  • A
 
Baş prokurorluq, Statistika Komitəsi və iki nazirlik balansında olan bəzi avtomobilləri satışa təqdim edib.

Oxu24.com   xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin bu məqsədlə 11 iyun tarixində keçirəcəyi avtomobil hərracına ümumilikdə 14 avtomobil təqdim edilib.

Onlardan 8-i Daxili İşlər Nazirliyinə, 2-si Statistika Komitəsinə, 3-ü Baş prokurorluğa, 1-i isə Təhsil Nazirliyinə məxsusdur.

DİN-in hərraca çıxardığı avtomobillər arasında yük maşınları da var. “Kamaz”, “Ural”, “Zil” markalı avtomobillərdən başqa DİN auksiona UAZ və VAZ avtomobilləri də təqdim edib.

Baş prokurorluq hərraca 3 ədəd “Volksvagen Passat”, Statistika Komitəsi 2 ədəd VAZ, Təhsil Nazirliyi isə 1990-cı il istehsalı olan MTZ-80 avtomobili təqdim edib.

Hərracın ən bahalı maşını Baş Prokurorluğun “Volksvagen Passat”ıdır ki, onun da qiyməti cəmi 7500 manatdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xanımların DİQQƏTİNƏ! Təyyarədə iş var, tələsin
Dövlət qurumları bahalı maşınları ucuz qiymətə satışa çıxarıb -ELAN

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü