Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12929
az

“ASAN xidmət” də iş var

16:5008 May, 2019
1774
  • A
 
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yeni açılacaq “ASAN xidmət” mərkəzlərində çalışmaq istəyənlərə müraciət edib.

Dövlət Agentliyindən  verilən məlumata görə, 2019-cu il ərzində Bakı şəhərində və bölgələrdə, ümumilikdə, 6 yeni “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən, yeni açılacaq Tovuz, Şamaxı, Kürdəmir, Ağcabədi, Balakən və 6 saylı Bakı “ASAN xidmət” mərkəzlərində olan vakant inzibati vəzifələr üzrə elan yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin (DİM) (www.dim.gov.az) və Dövlət Agentliyinin (www.vxsida.gov.az) internet saytlarında yerləşdiriləcək.

Elan olunacaq vakant inzibati vəzifələrə sertifikatı olan, vəzifənin tutulma şərtlərinə uyğun olan vətəndaşlar müraciət edə bilərlər.

Müsahibəyə hazırlaşarkən DİM-in internet saytında yerləşdirilən müsahibə proqramından istifadə olunması tövsiyə edilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

\
Polis olmaq istəyən qadınların nəzərinə - DİN işçi axtarır

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR