Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9707
az

Azərbaycanlı hərbçi xəstəxanalıq oldu - Müəmmalı insident

09:5507 Fevral, 2019
655
  • A
 
Gürcüstanın Krtsanisi təlim mərkəzində insident baş verib. İnsident nəticəsində 20 yaşlı azərbaycanlı çağırışçı Elcan Əfəndiyev "Rustavi" klinikasına yerləşdirilib.

Oxu24.com  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın "Birinci kanal"ı məlumat yayıb.

Müdafiə Nazirliyindən kanala bildirilib ki, emosional fonda yaranmış sözlü mübahisə zamanı çağırışçılardan birinin səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Nazirlik hərbçinin zədə almadığını və yaxın vaxtlarda tibb müəssisəsindən buraxılacağını açıqlayıb.

"Rustavi" klinikasının növbətçi həkimi Tamar İakobidze isə kanala açıqlamasında bildirib ki, E.Əfəndiyev müalicəsini hərbi hosbitalda davam etdirəcək. Onun sözlərinə görə, hərbçi özü başından travma aldığını desə də, kompüter tomoqrafiyası hər hansı zədə aşkarlamayıb.  

Elcanın atası Elbrus Əfəndiyev isə oğlunun hərbi bazada döyüldüyünü və klinikaya huşsuz vəziyyətdə çatdırıldığını bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Solovyov yenə geri addım atdı - Uğursuz erməni sifarişi
Dünya əhalisi ilə bağlı HƏYƏCAN TƏBİLİ: 2050-ci ilə qədər...
Çadda partlayış nəticəsində 7 hərbçi həlak olub

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM