Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8814
az

Bu timsahın dəfninə 500 nəfər gəldi - Ona heykəl qoyacaqlar - FOTO

12:2711 Yanvar, 2019
813
  • A
Hindistanda 500 insan timsahın dəfninə gəlib.

Publika.az xəbər verir ki, bu haqda “Hindustan Times” nəşri yazıb.

Qanqaram adlı sürünən gölməçədə yaşayırdı və yaxınlıqdakı kəndlərin sakinlərinin sevgisini qazanmağa vaxt tapmışdı. Meşə təsərrüfatının nümayəndələri timsahın 130 yaşında qocalıqdan öldüyünü müəyyən ediblər.

Nəşrin məlumatına görə, Qanqaram üçün təntənəli dəfn təşkil edilib. Heyvanı qəbirə güllər və çələnglərlə bəzədilmiş traktorla çatdırıblar. Yerli sakinlərin sözlərinə görə, timsah mehriban olması ilə fərqlənirdi.

“Hətta uşaqlar onun yanında üzə bilirdilər. Timsah heç vaxt hücum etmədi və heç kəsə ziyan vurmadı. O, timsah deyildi, başqa bir şey idi”, - gölməçənin yaxınlığında yaşayan sakinlərdən biri nəşrə danışıb.

"Qanqaram çox anlayışlı idi. Əgər o, yaxınlıqda kimisə gördüsə, gölün başqa tərəfinə hərəkət edirdi”, - başqa bir sakin qeyd edib.

Qəsəbənin başçısının sözlərinə görə, timsahı sevən kənd sakinləri onun qəbrinin üzərində heykəl ucaltmağa hazırlaşırlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“WhatsApp”da yeni funksiya yaradıldı
Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir