Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8566
az

Putinin qiyamət günü silahı: Sürəti ilk dəfə açıqlandı

23:1404 Yanvar, 2019
854
  • A
 Rusiyanın sınaqdan keçirməyə hazırlaşdığı sualtı strateji pilotsuz aparatı “Poseidon”un maksimal sürəti məlum olub.
Həmin supersilah haqda prezident Vladimir Putin 2018-ci ilin martında elan etmişdi. Daha sonra internet səsverməsi yolu ilə silaha “Poseidon” adı verilmişdi.

Göstəriciləri tam açıqlanmasa da məlumdur ki, “Poseidon” nüvə mühərrikli sualtı silahdır, təxminən torpedonu xatırladır. Bu pilotsuz sualtı döyüş aparatı nüvə başlığı ilə təchiz oluna bilir və sualtı qayıqdan buraxılmaqla qeyri-məhdud mənzilə malikdir. Qərb hərbi ekspertləri ona “qiyamət günü silahı” adı veriblər. Çünki nüvə başlığı ilə təchiz edilmiş “Poseidon” ABŞ-ın Atlantik sahillərində partlasaydı hündürlüyü 100 metrə çatan sunami dalğaları yaranardı və bir çox iri şəhərləri radiasiyalı dəniz dalğaları basardı. Bu isə milyonlarla insanın həlak olmasına gətirib çıxaracaq.

Bildirilib ki, daşıyıcı sualtı qayığı tərk edəndən sonra “Poseidon” 1 km dərinlikdə saatda 200 kilometr sürətlə (110 dəniz uzluna yaxın) hərəkət edəcək. Mənbə sualtı aparatın hava “buludunda” hərəkət edəcəyini və nəticədə suyun müqavimətinin azalacağını bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir