Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
851
az

8 dahinin qəribə vərdişləri

21:3919 Aprel, 2018
1450
  • A
Nəinki yaşadıqları dövrə, həmçinin gələcəyə işıq salan və bir çoxları üçün ilham mənbəyi olan dahilər adi insanlar deyildilər. Onlar sadəcə yaratdıqları ilə deyil, həyatları da araşdırılan dahi insanlar idilər.

Oxu24.com moneta.az-a istinadən dahi insanların qəribə davranışlarını təqdim edir:

1) Albert Eynşteyn

Rahatlığına xüsusi önəm verən Eynşteyn paltarlarına diqqət etməzdi, saçlarını daramağı və corab geyinməyi sevmirdi. Yeniyetməlik dönəmindən etibarən corab geyməməyə vərdiş edən dahi fizik əmisi oğluna yazdığı məktubda:

"Gənclik illərimdə corab geyinərdim, ancaq baş barmağım həmişə corabı dəlib çölə çıxardı. Axırda geyinməmək qərarına gəldim", deyir.

Hətta, Ağ Evdə təşkil olunan məclisə qatıldığı zaman da corabsız idi.

2) Nikola Tesla

Vaxtının böyük hissəsini mütaliə edərək və ya işləyərək keçirən dahinin ətrafı özünün seçdiyi bir-iki nəfərlə məhdudlaşırdı. Hətta, qadınlarla münasibət qurmağa səy göstərməz və bundan qaçırmış:

"Yalnızlığı sevirəm. İxtiraların sirri yalnızlıqda yatır", deyən Tesla cəmiyyətdən uzaq həyat yaşadığına görə, heç bir zaman diqqət dağınıqlığı problemi yaşamamışdı.

3) İsaak Nyuton

Həyatı kitablardan ibarət olan Nyutonun ən önəmli özəlliyi qeyd aparmaq vərdişi idi. Dahi fizik oxuduğu kitabların səhifələrində qeydlər edərək boş yer buraxmaz və bundan əlavə ayrıca dəftərdə qeydlər tutardı.

4) Volfqanq Amadey Motsart

Eynşteyndən fərqli olaraq, Motsartın ən qəribə xüsusiyyəti xarici görünüşünə böyük önəm verirdi. Həyatı boyunca krallar, kraliçələr və elit təbəqənin qarşısında konsert verən dahinin xarici görünüşünə bu qədər önəm verməsi başa düşüləndir.

5) Leonardo Da Vinçi

Da Vinçinin ən qəribə vərdişi Nyuton kimi qeydlər almağı və yanından uzaqlaşdırmadığı dəftəridir. Bu, elə belə dəftər deyil. Bu dəftərdə elmi araşdırmalarla bərabər zarafatları, hekayələri, heyran olduğu insanlar haqqındakı düşüncələri, maliyyə vəziyyətinə aid qeydləri, məktubları, problemləri barəsində qəbul etdiyi qərarları, fəlsəfi düşüncələri və hətta, kəhanətləri də daxildir.

Dahinin digər bir qəribə vərdiş isə, hər iki əli ilə yazmağı bacarmasıdır. Həmçinin, Da Vinçinin sağdan sola yazdıqlarını ancaq güzgü ilə oxumaq mümkündür.

6) Lüdviq van Bethoven

Bethoven kofe içməyi çox sevər və o, duş almaq vərdişi ilə məşhurdur. Hamamda vaxt keçirməkdən böyük zövq alan və bunun həyatındakı ən önəmli şeylərdən biri olduğunu dilə gətirən bəstəkar, ən önəmli əsərlərini hamamda yaratmışdır. Hər gün vərdiş etdiyi duş qəbul etdikdən sonra sulu vəziyyətdə evin içində gəzər və sulu vəziyyətdə işləyən dahi bəstəkarin bu vərdişindən dolayı ev sahibi evin döşəməsinə sement tökmək məcburiyyətində qalmışdır.

7) İmmanuel Kant

Kant həyatının 40 ilini hər gün eyni saatda eyni şeyləri edərək keçirtmiş dahi insan idi.

8) Salvador Dali

Salvador Dalinin çox saylı qəribə vərdişləri var idi. Bəzən, şoumen adlandırılan sənətçi insanların diqqət mərkəzində olmağından xoşu gəlir və ətrafındakıları əyləndirməyi sevirdi. Bir dəfə spiker olaraq bir konfransa dalğıc geyimi ilə qatılan dahi bunun kimi qəribə vərdişlərini marketinq alətinə çevirmişdi.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaşadığı hadisədən sonra insanlardan ÜZ ÇEVİRDİ
Quyruqlu uşaq doğuldu  -  FOTO

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM