Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
809
az

Facebook 300 mindən çox üzvü olan 120 aktiv qrupu ləğv etdi

23:4418 Aprel, 2018
1256
  • A
 Facebook sosial şəbəkəsi aktiv şəkildə fəaliyyət göstərən və üzvlərinin sayı 300 mindən çox olan 120 qrupun fəaliyyətini dayandırıb.

Oxu24.com  xəbər verir ki, bu barədə jurnalist Brayn Krebs məlumat yayıb. Jurnalist qeyd edib ki, şirkət tərəfindən keçirilən monitorinq zamanı şəbəkədə kibercinayətkarlıqla məşğul olan qruplar aşkarlanıb. Ümumilikdə 300 mindən çox üzvü olan təxminən 120 qrup bağlanıb.

Qrup üzvlərinin qeyri-qanuni yollarla Facebook istifadəçilərinə spam mesajlar göndərib şəxsi məlumatlarını əldə etdikləri iddia edilir. Bundan başqa, fırıldaqçılıq, bank hesablarına müdaxilə, vergidən yayınma, sifarişlə DDoS-hücumların həyata keçirilməsi, eyni zamanda, qanunla qadağan edilmiş botnetlər kimi bir sıra digər xidmətlərin təklif edildiyi aşkarlanıb.

Bu qruplar arasında ən az fəaliyyət müddəti olan 2 ildir.

Fəaliyyəti dayandırılmış və qara siyahıya salınan qruplardan ən böyüyü oğurlanmış kredit və debet kartlarının satış və istifadəsini reklam edib.

Daha təhlükəlisi isə "Amazon", "Google", "Netflix", "PayPal" kimi müxtəlif xidmət təklif edən şəbəkələrdən hesablara kütləvi müdaxiləyə icazə verən "alətlər" spamlar yayan qruplar olub. (publika.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“WhatsApp”da yeni funksiya yaradıldı
Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda əməliyyat: 60 nəfər saxlanıldı