Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7546
az

Rusiya “Palmali”nin 58 gəmisini əlindən alır

21:0530 Noyabr, 2018
1142
  • A
 Rusiyanın Rostov vilayətinin Arbitraj məhkəməsi “Palmali” MMC şirkətinin müflis elan edilməsinə dair qərarı qüvvədə saxlayıb.

Oxu24.com İnterpress.az-a istinadən xəbər verir ki, qərarın təsdiqlənməsi nəticəsində şirkətə məxsus olan 58 gəmi hərrac yolu ilə satılacaq.

Əldə ediləcək vəsait isə “Sberbank”a ödəniləcək. “Palmali” MMC-nin “Sberbank”a 210 milyon dollar ödənilməmiş kredit borcu var və bank şirkətin müflis elan edilməsi tələbi ilə ötən il məhkəmə iddiası qaldırmışdı.

“Palmali” MMC-nin səhmləri azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali Denizçilik” şirkətinə məxsusdur. Şirkətin icraçı direktoru Aleksey Mixeleyev məhkəmənin qərarını şərh etməkdən imtina edib. “Palmali Denizçilik” Türkiyə şirkəti isə müflisləşmə qərarının onlara dəxli olmadığını, ancaq “Palmali” MMC-yə aid olduğunu bildirib.

Holdinqdən yayılan açıqlamada bildirilir ki, “Palmali”nin 21 ölkədə şöbəsi var və Rostovdakı şirkətin müflis olması onların fəaliyyətinə təsir etməyəcək.

“Bütün əməliyyat mərkəzlərimizin 2019-cu il yanvarın 1-dən etibarən Türkiyədə tək çətir alında cəmləşdirilməsi qərarı verilib. Gəmilərimiz bütün limanlara Türkiyə bayraqları ilə girəcək. Önümüzdəki mərhələdə Türkiyə ilə böyüyəcəyimizə inanırıq”, - açıqlamada deyilir.

“Palmali” MMC-nin aktivlərinin ümumi dəyəri cəmi 419 milyon rubl qiymətləndirilib. Bu haqda şirkətə təyin edilmiş müvəqqəti idarəçinin hesabatında göstərilir. Sənəd Rusiyanın müflisləşmə barədə vahid federal reyestrində yerləşdirilib.

İnventarlaşdırmaya əsasən şirkətin gəmiləri və daşınmaz əmlakı daxil olmaqla bütün aktivləri hesaba alınıb. Beləliklə, həmin aktivlərin satışından əldə olunan vəsait təkcə “Sberbank”a olan borcun cəmi 7,5 milyon dollarını ödəməyə bəs edərdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ələt limanı Mərkəzi Asiya ölkələri üçün tranzit rolunu oynayır - Yucin Si
Ən böyük qaz yatağı bağlanacaq
Rusiyada işçi çatışmazlığı görünməmiş həddə çatıb – RƏSMİ

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO