Aktyorla davası olan məktəb direktoru ilə bağlı SENSASİYA: İngilis dili müəllimi gizli videoları yaydı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Загрузка...
Artıq bir neçə gündür ki, ölkə mətbuatının və cəmiyyətinin əsas müzakirə mövzusu 220 saylı məktəbin direktoru Tural Mirzəliyevlə tanınmış aktyor  Rza  Rzayevin  arasında  olan  davadır.

Hər  iki  tərəf  mətbuatda  özünün  haqlı  olduğunu  və  özlərini  müdafiə  edən  çıxışlar  edib. Direktorla  aktyor  arasında baş verən dava ilə bağlı araşdırma  aparılır.

Oxu24.com  xəbər  verir  ki, 220  saylı  orta  məktəbdə  ingilis dili  müəllimi  işləmiş  Rövşən  Əzizov  məktəbin  direktoru  Tural  Mirzəliyevlə bağlı  sensasion  məlumatlar  açıqlayıb. İşdən  çıxarılan  məktəbin  ingilis  dili  müəllimi  orada  baş  verən  olaylarla  bağlı  danışıb.O, məktəbin direktoru  Tural  Mirzəliyevin  ünvanına  ittihamlar  səsləndirib. İngilis dili müəllimi iddia edib ki, məktəb direktoru  FETÖ  təşkilatının təbliğatçısıdır. O, bununla bağlı  sensasion fikir də səsləndirib. "Direktor  məktəbdə  oxuyan qızlara  deyirdi ki, uzun geyimlər geyinin. Bununla bağlı  onun otağına getdim və buna etirazımı bildirəndə mənə verdiyi cavabdan şoka düşdüm. Direktor  deyirdi  ki, qısa  ətəkdə  dərsdə  oturan qız  uşaqlarına başqa gözlə baxılar..."

Sayt rəhbərliyi qeyd edir ki, bu müəllimin iddiasıdır. Məsələ  ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Həmin  sensasion video  müsahibəni  təqdim edirik:



Paylaş:


28-noy, 2018 3 426
Загрузка...
 
loading...


 
Facebook səhifəmiz