Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6334
az

Camal Qaşıqçı ilə bağlı SENSASİYALI İDDİA: paltarlarını geyindirib... - FOTO

15:4622 Oktyabr, 2018
1162
  • A
Camal Qaşıqçı cinayətinin üstünü örtmək üçün onu öldürüb geyimlərini dublyoruna geyindirdilər.

Publika.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanından sui-qəsd üçün gələn 15 nəfərin məqsədi Qaşıqçını ölkəyə qayıtmağa razı salmaq olub. Lakin onlar buna etiraz edən Qaşıqçını boğmağa çalışıblar.

Planda onu öldürmək olmayıb, amma hər şey nəzarətdən çıxdığı üçün dəstə üzvləri məcbur qalıb onu öldürüblər. Qaşıqçı ona narkotik verib ölkədən qaçırdacaqlarını başa düşdüyündə, yaxınlıqda onu gözləyən adamın olduğunu və bir saat ərzində çıxmasa, rəsmi nümayəndəliklərə və polisə xəbər veriləcəyini deyib. Mahir Əbdüləziz Mutrebeyə "Mənə nə edəcəksiniz? Qaçırmağı planlaşdırırsınız" sullarına "Bəli, səni qaçıracağıq" cavabını alan Qaşıqçı ucadan qışqırmağa başlayıb. Bundan vahiməyə düşən dəstə üzvləri qışqırmaması üçün onun ağzını bağlayıblar. Jurnalist bir neçə dəqiqə içərisində boğularaq həyatını itirib. Cəsədi Konsulluqdan çıxarmaq üçün isə onu xalçaya büküblər.

Daha sonra diqqqəti yayındırmaq məqsədilə Səudiyyə Ərəbistanından gələn 15 nəfərdən biri Məhəmməd M. Almadani öldürülən jurnalist Camal Qaşıqçının paltarlarını geyinib, onun qol saatını və günəş eynəyini taxaraq binadan çıxıb. Həmin ərəfədə onun meyiti konsulluq işçilərinin və 15 nəfər sui-qəsdçinin köməyi ilə çıxarılaraq naməlum istiqamətə aparılıb.

1961-ci il təvəllüdlü Mustafa Məhəmməd Almadani konsulluqdan çıxdıqdan sonra Qaşıqçının libasını, "Apple" marka ağıllı qol saatını və günəş eynəyini Sultanəhməd istiqamətində zibilliyə atdığı bildirilib.

Xatırladaq ki, Qaşıqçının dublyoru Almadani Atatürk Hava Limanına "Sky Prima Aviation"a aid təyyarəsiylə saat 03.41-də gəlib. Mövenpick hoteldə qalıb və xüsusi təyyarə ilə 00.18-də çıxış edib.

Kamera görüntüləri dəlil olaraq istifadə edilib.

Konsulluqdakı qrup isə Məhəmməd M. Almadaninin Qaşıqçı libasında binadan çıxdığına dair kamera görüntülərini sübut kimi irəli sürərək Ər-riyaddakı rəhbərliyə qeyd göndərib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı
İçində uşaqlar olan qayıq çevrildi - ANBAAN VİDEO
Rusiyada terror aktı ilə bağlı beşinci şəxs həbs edilib

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Parkda kişi uşağa hücum etdi  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı