Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6321
az

“Habertürk”: Qaşıqçının cəsədini Türkiyə vətəndaşı aparıb

09:0322 Oktyabr, 2018
1124
  • A
 Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluqdan çıxarılan səudiyyəli jurnalist Camal Qaşıqçının cəsədi Sultanəhmədə aparılıb və Mardin vilayətində qeydiyyatda olan bir Türkiyə vətəndaşına təslim edilib, bu haqda “Habertürk” yazıb.

Cənazənin birbaşa hardasa basdırılmadığı, Səudiyyə konsulluğunun əlaqəyə keçdiyi bir Türkiyə vətəndaşının vasitəsilə yox edilməyə çalışıldığı bildirilir. Hazırda Türkiyə polisi həmin vətəndaşı axtarır.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və bundan sonra itkin düşüb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hökuməti yerli jurnalist Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 vətəndaşı saxlanılıb. (publika.az)


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Papa məhbus qadınların ayaqlarını yuyub öpdü - VİDEO
Solovyov yenə geri addım atdı - Uğursuz erməni sifarişi
Dünya əhalisi ilə bağlı HƏYƏCAN TƏBİLİ: 2050-ci ilə qədər...

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Tovuzda 40 yaşlı kişi FACİƏLİ şəkildə öldü