Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6112
az

Millimizin \"cırtdan\"a gücü çatmadı

22:1614 Oktyabr, 2018
841
  • A
 Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, D Liqasının III qrupunda yer alan komandamız IV turda Malta yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 19-cu dəqiqəsində Azərbaycan millisindən Rüfət Dadaşov hesabı açsa da, hakim ofsayd qərarı verərək qolu qeydə almayıb. Əvəzində 37-ci dəqiqədə Roven Muskat Maltanı hesabda önə keçirib. Millimizin bərabərlik axtarışları 53-cü dəqiqədə nəticə verib. Mahir Mədətovun ötürməsini qola çevirən Araz Abdullayev bərabərliyi təmin edib. Bundan sonra oyunda qol olmayıb və matç 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, ötən ay bu komandalar arasında II turun Ta Qali Milli Stadionunda keçirilmiş görüşü də heç-heçə ilə nəticələnmişdi - 1:1. Malta indiyədək qazandığı hə iki xalı Azərbaycan millisindən alıb. Qrupda keçirdiyi bütün oyunlarda qol vuran "cırtdanlar", ilk turda Farer adalarına, oktyabrın 11-də isə Kosovoya səfərdə eyni hesabla uduzub - 1:3. İlk qələbəsini 3 gün öncə Farer adalarında 3 cavabsız qolla qazanan Azərbaycan isə I tur qarşılaşmasında Bakıda Kosovo ilə qolsuz bərabərə qalıb.

Onu da qeyd edək ki, qrupun digər oyununda da eyni hesab qeydə alınıb - 1:1. Bu matçda Farer adaları və Kosovo "sülh"ə razılaşıb.
 
UEFA Millətlər Liqası
D liqası, III qrup
IV tur

14 oktyabr
Azərbaycan - Malta 1:1
Qollar: Araz Abdullayev, 53 (ötürmə - Mahir Mədətov) - Roven Muskat, 37 (ötürmə - Xuan Karlos Korbolan).
Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov (15. Cavid İmamverdiyev, 77), 19. Rahil Məmmədov (21. Təmkin Xəlilzadə, 46), 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 6. Bəxtiyar Həsənalızada, 8. Emin Mahmudov, 9. Namik Ələsgərov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydaev, 14. Rahid Əmirquliyev, 18. Məhəmməd Mirzəbəyov.
Baş məşqçi: Qurban Qurbanov.
Malta: 1. Andrev Hoqq, 3. Yozef Zerafa, 4. Stiv Borq, 5. Andrey Aqius, 8. Pavlu Fenex, 9. Yozef Mbonq, 10. Andre Şkembri (k) (14. Jean Paul Farruciya, 86), 11. Roven Muskat (21. Roderik Briffa, 70), 15. Xuan Karlos Korbolan, 17. Rayan Kamilleri, 19. Alfred Effionq (6. Cake Qrex, 82).
Ehtiyat oyunçular: 12. Anri Bonello, 23. Stiv Sultana, 2. Maykl Yohnson, 7. Stiv Pisani, 13. Kleyton Failla, 16. Ferdinando Apap, 18. Byorn Kristensen, 20. Andrev Kohen, 22. Kain Attard.
Baş məşqçi: Rey Farruciya.
Sarı vərəqələr: Andre Şkembri, 43. Pavlu Fenex, 48. Stiv Borq, 52. Andrey Aqius, 58.
Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataqi (Xorvatiya).
Əlavə köməkçi-hakimlər: Mario Zebek, Qoran Qabrilo (Xorvatiya).
Bakı Olimpiya Stadionu.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messidən yubiley qolu - Video
Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçildi

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur