Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5905
az

Həbiblə Konor Makqreqor davasının ŞOK TƏFƏRRÜATI +VİDEO

11:1108 Oktyabr, 2018
1604
  • A
Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında qalmaqallı döyüş hələ çox müzakirə olunacaq. Bu döyüş UFC tarixinə qızıl hərflərlə yazıldı.

Lakin tamaşaçılar üçün ən çox yadda qalan iki barışmaz rəqibinin üz-üzə gəlməsi yox, döyüşdən sonra baş verənlər oldu.

Hər şeyin çox qarışıq olması səbəbindən Sports.ru saytı irlandiyalının məğlubiyyətindən sonra oktaqonda baş verənləri araşdırmağı qərara alıb.

Həbib Nurməhəmmədov Konorun sparrinq tərəfdaşı Dillon Denisin üstünə cumdu. Bu zaman oktaqona Həbibin qohumu Əbubəkr daxil oldu.


Mühafizədən yan keçən Əbubəkr Konora tərəf qaçır, onun əlində papaq var.

Konorla üz-üzə gələndə Əbubəkr irlandiyalıdan bir zərbə alır və sonuncunu papaqla vurmağa başlayır. Mühafizəçilər dağıstanlını oktaqonun kənarına sıxıb saxlayırlar.

Bundan sonra Həbibin sparrinq tərəfdaşı Zubayra Tuxuqov və güləş üzrə məşqçisi Esedulla Emirağayev məsələyə qarışırlar.

Tuxuqov mühafizəçilərin arasında keçərək Konoru vurmağa cəhd edir. İrlandiyalıya bu zərbə çox təsir etmir və o, dağıstanlıya cavab olaraq bir neçə zərbə endirir.

Daha sonra isə oktaqona Emirağayev tullanır.

Arxadan irlandiyalıya yaxınlaşan Emirağayev sonuncunun hazırlıqsız olmasından istifadə edərək, onu başından yumruqla vurdu.

Konor dağıstanlını görmür və çevrilərək müdafiə olunmaq üçün blok qoyur. Mühafizəçilər tərəfləri ayırırlar.

Davadan dərhal sonra Zubayra Tuxuqov “Instagram” səhifəsində video paylaşaraq, Konora şillə vurduğunu bildirib.

Digər videoda isə Əbubəkr gözünün altındakı göyərməni göstərərək, irlandiyalı ilə davasından danışır.

“Bu irland ləçəri məni vurdu. Lakin mən də borclu qalmadım. Bam, bum! Əlimdə olan papaq mənə mane oldu”, - deyə o bildirib.

Qeyd edək ki, Zubayra Tuxurov Həbib Nurməhəmmədovun Çeçenistandan olan sparrinq tərəfdaşıdır. Döyüşdən əvvəl Makqreqor onu dağıstanlının qarşısında baş əyməkdə ittiham edib və çeçen xalqına layiq olmadığını bildirib. Zubayra isə irlandiyalı ilə təkbətək savaşacağına söz verib. Zubayranın UFC-də 22 döyüşdə 18 qələbəsi və dörd məğlubiyyəti var.



Əbubəkr Nurməhəmmədov Həbibin əmisi oğludur. Avqust ayında sosial şəbəkələrdə yayılan videoda o, “bomj”ları pul müqabilində “jim” vurmağa məcbur edirdi. Peşəkar rinqdə 15 qələbəsi və iki məğlubiyyəti var. ABŞ-da PFL liqasında çıxış edir.

Esedulla Emirağayev Həbibin Dağıstandan olan məşqçisidir. Döyüş sambosu üzrə Rusiya çempionudur. Nurməhəmmədova güləş üzrə məşq etməyə kömək edir.

UFC prezidenti Deyn Uayt bəyan edib ki, Makqreqora hücum edənlərdən heç biri turnirdə bir daha iştirak edə bilməyəcək. Qeyd edək ki, Tuxuqov Konorun dostu Artyom Lobovla oktyabrın 27-də döyüşməli idi. Görünür, bu döyüş baş tutmayacaq.

Konor Makqreqor ona hücum edənlərdən heç birinə qarşı ittiham irəli sürməyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boksçu hakimi 6-cı saniyədə nokauta salıb -  ŞOK VİDEO
Meşədə insanlar gördüklərindən şoka düşdü: Başında zəncir tapılan atı kim bu hala salıb?
Parkda dəhşət: Pitbull uşağın qolunu parçaladı

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş