Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5889
az

Nurməhəmmədova sərt cəza: bir daha döyüşməyəcək

13:3707 Oktyabr, 2018
1758
  • A
 Rusiyalı çempion Həbib Nurməhəmmədov yüngül çəki dərəcəsində UFC çempionu titulundan məhrum edilə bilər.

Oxu24.com-un xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında UFC-nin prezidenti Deyn Uayt deyib.

“Həbib cərimə və ya diskvalifikasiya oluna bilər. Əgər diskvalifikasiya uzunmüddətli olacaqsa, biz onun çempion titulundan məhrum edəcəyik. Əlbəttə ki, sanksiyalar olacaq. Döyüşdən sonra kütlənin üstünə hücum edən oğlan burada bir daha döyüşə bilməz”, – Uayt bəyan edib.

UFC prezidenti həmçinin qeyd edib ki, araşdırmanın sonuna qədər rusiyalı döyüşə görə nəzərdə tutulan iki milyon dollar məbləğində qonorarı almayacaq. İdmançıya həmçinin televiziya yayımından əldə olunan gəlirdən faiz də ödənilməyə bilər.

Qeyd edək ki, Nurməhəmmədov ə Makqreqorun komandasının nümayəndələri arasında kütləvi dava Las-Veqasda UFC 229 turnirinin əsas döyüşündən sonra baş verib.

Nurməhəmmədov oktaqondan kənara keçib irlandiyalının nümayəndəsinin söyüşünə cavab olaraq onu döyməyə cəhd edib.

İnsidentdən sonra Nurməhəmmədovun komandasının bir neçə nümayəndəsi polis tərəfindən saxlanılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messidən yubiley qolu - Video
Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçildi

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Fikrət 10 gün əvvəl də tutulubmuş