‡агрузка...

Dağlıq Qarabağda qara siyahıya düşən dünya məşhurları - "presona non-grata"ların çirkin üzü

 Azərbaycanın işğal olunmuş ərazilərində, Dağlıq Qarabağda konsert proqramının keçirilməsi illərdir davam edən məsələlərdən biridir.

20 ildən çoxdur ki, bu ərazilərə “incəsənət xadimləri”, “ulduzlar” dəvət olunur. Qondarma rejimin təşviqinə xidmət edən bu məsələ dəfələrlə Azərbaycan tərəfindən narazılığa səbəb olub. 2009-cu ilin iyulunda Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyi “qara siyahı” praktikasından istifadə etməyə başladı və Dağlıq Qarabağa qanunsuz səfər edən müğənnilərin Azərbaycanda konsert vermələrinə qadağa qoydu. Xarici İşlər Nazirliyi  isə Qarabağda təşkil olunan konsert proqramında iştirak edən əcnəbi vətəndaşların adlarını arzuolunmaz şəxslər siyahısına daxil edir.

 Lakin Dağlıq Qarabağ erməniləri müəyyən vaxtlarda Xankəndinə xarici müğənniləri dəvət etməkdə davam edirdilər.

 İllərdir davam edən bu konsert tədbirlərində kimlər iştirak edib?

Oxu24.com bu araşdırmanı sizə təqdim edir.

2005-ci ildə Rusiyalı populyar müğənni Katya Lel Qarabağda konsert proqramında iştirak etdiyinə görə adı “qara siyahı”ya salınıb. O, müsahibəsində konsert üçün əslində İrəvana dəvət oldunduğunu, amma aldadılaraq Dağlıq Qarabağa aparıldıqlararaq  konsertin burada baş tutduğunu deyib: “Çox heyfislənirəm ki, biz durduğumuz yerdə tələyə düşdük”.

Eyni zamanda xalq artisti Nadejda Babkina, Soso Pavliaşvili, Valentina Leqkostupova, Aleksandr Peskov, İrina Otiyeva“Çay vdvoyom” qrupu Azərbaycan Respublikasının ayrılmaz və tərkib hissəsi olan Xankəndində konsert proqramı ilə çıxış ediblər. Bu hərəkətlərinə görə, Azərbaycanın Mədəniyyət Nazirliyi 6 sentyabr 2004-cü il tarixli 302 saylı əmri ilə adları qeyd olunan sənətçilərin Azərbaycanda çıxışına qadağa qoyub.

Sonradan bu müğənnilər siyasətlə maraqlanmadıqlarını və konfliktdən xəbərsiz olduqlarını dilə gətirdilər. Buna görə də bir sıra mədəniyyət xadimləri, o cümlədən müğənni Katya Lel Azərbaycan hakimiyyətindən üzr istəyib “qara siyahı”dan adını çıxartmağa nail oldu.

2010-cu ildə tanınmış italyan müğənni Al Bano da Ağdərənin Vəngli kəndində konsert proqramı ilə çıxış edib. Hər il Qarabağda ermənilərin keçirdikləri eşşək yarışlarına tamaşa edən Al Bano, 2013-cü ilin sentyabrında Azərbaycan Xarici İşlər Nazirliyinin təxminən 300 nəfərdən ibarət “qara siyahısı”nda yer aldı. Bununla bağlı danışan müğənni qeyd etdi ki, mən sadəcə olaraq müğənniyəm, siyasətçi deyiləm. “Mənə bu problem (Qarabağ) haqda danışdılar. Dünyanın bir çox ölkəsində bu cür problemlər var. Mən sülh tərəfdarıyam, dünyadakı bütün insanları sevirəm. Hesab edirəm ki, savadlı insanlar məni başa düşər”. Təxminən iki ay sonra Xarici İşlər Nazirliyi italiyan müğənnini Azərbaycanın İtaliyadakı səfirliyinə müraciət edərək adının “qara siyahı”dan çıxarılmasını istədiyi barədə məlumat verdi. Müğənninin münaqişədən xəbərsiz olduğu və əməlinə görə təəssüf hissi keçirildiyi vurğulanırdı. Bunu nəzərə alaraq Azərbaycan XİN-i Al Banonun adının “arzuolunmaz şəxslər” siyahısından çıxarmaq barədə qərar verdi. Müğənni 2013-cü ilin dekabrın 17-də Heydər Əliyev adına sarayda keçirilən və “San Remo ulduzları Bakıda” adlı konsert proqramında çıxış etdi.

2013-cü il mayın 22-də Monserrat Kabalyenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəcəyi barədə məlumatlar yayıldı. iyunun 4-də Xankəndində konsert verəcəyi haqqında məlumat yazılsa da, M.Kabalyenin İrəvan konsertinin təşkilatçısı Vaaqn Gevorkyan dünya şöhrətli opera müğənnisinin iyunun 4-də Xankəndidə çıxış edəcəyi barədə məlumatları təkzib edib. Kabalye iyunun 9-da İrəvan Milli Opera və Balet teatrında konsert vermək üçün Ermənistana səfər edib. Amma o, ermənistana səfəri zamanı gözlənilmədən Dağlıq Qarabağa gedib və yerli separatçıların lideri Bako Saakyanla görüşüb. “Mən bura Stepanakertə (Xankəndi-red.) bir müğənni kimi gəlmişəm. Bundan əlavə, mən burda Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi kimi təmsil olunuram. Sizə öz qəlbimi verirəm” –deyə o, çıxışında ermənilərər xitabən vurğulayıb. Qarabağ haqqında danışan müğənni: “bura nəinki xristian adası, həm də xristianlığın köküdür. Mən də sümüyümün iliyinədək xristianam” -deyib.  Bir neçə müddət sonra onun “Ermənistan və Arçax: Xristianlıq adası” adlı mahnısı Parisdə təntənəli şəkildə təqdim olunub. Bundan  sonra o, Azərbaycan XİN-inin “arzuolunmaz şəxslər” siyahısına daxil edilib.

2013-cü ilin noyabrın 17-də məşhur müğənni, bəstəkar Plasido Dominqo Dağlıq Qarabağa səfər edib. Konsert proqramı ilə çıxış edən müğənninin adı sonradan “qara siyahı”ya salındı.

2013-cü il iyunun 19-da İtaliyanın dünya şöhrətli vokal ifaçısı Roberto Loretti Nijninovqorodda yaşayan və vokal oxuyan Akopyan familiyalı 14 yaşlı erməni uşağın dəvəti ilə Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndində konsert verməliydi. O da özünə söz verib ki, babalarının xatirəsini anmaq üçün orada Robertino Loretti ilə konsert verəcək. Lakin İtaliyadakı səfirliyimizə dəvət edilən R.Lorettiyə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verilib. Ona bildirilib ki, Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan səfər edən hər bir kəsin adı qara siyahıya daxil edilir. Bu isə o deməkdir ki, həmin insan heç vaxt Azərbaycana gələ bilməz». Xarici İşlər Nazirliyimizin və Azərbaycanın İtaliyadakı səfirliyinin uğurlu fəaliyyəti nəticəsində bu konsert baş tutmadı. Roberto mətbuta xəstə olduğu üçün konsertdə iştirak edə bilməyəcəyi haqqında açıqlama verib.

68 yaşlı Roberto Loretti iki dəfə Azərbaycanda da olub. 2011-ci il fevralın 13-də Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edib. 2012-ci il noyabrın 25-də isə növbəti dəfə ölkəmziə təşrif buyuraraq Azərbaycan Yaradıcı Gənclər Forumunun II-ci qurultayında qonaq qismində iştirak edib, Bakıda master-klas keçib.

2015-ci il fevralın 6-da Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Xankəndi şəhərində “Music for peace” (“Sülh naminə musiqi”) layihəsi çərçivəsində konsertlər keçirilib. Burada məşhur  fortepiano ifaçısı Mariya Nemtsova və saksofon ifaçıları Vitali Vatul, Dmitri Uvarov, Yevgeni Novikov və Xuan  Manuel Dominqesin iştirak edib.

Sonda 2015-ci il sentyabrın 2-də Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində Lyubov Kazarnovskaya konsert proqramı təşkil edəcək. Yəqin onun da adı “qara siyahı”ya daxil olacaq.

Müğənnilər, heykəltəraşlar, rəssamlar, ümumiyyətlə, incəsənət nümayəndələri  müxtəlif vaxtlarda da olsa, dəfələrlə Qarabağa qanunsuz səfərlər ediblər. Bu faktlar müəyyən olunan kimi onların Azərbaycana gəlişinə qadağalar qoyulsa da, əcnəbi incəsənət xadimlərinin Dağlıq Qarabağa səfər etmələrinin qarşısını almaq hüquqi cəhətədən mümkün deyil.
loading...




Paylaş:


06-okt, 2018 213
Загрузка...
loading...