Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5829
az

SENSASİYA: Karapetyana “Skripal işi”nə görə sui-qəsd edilib

13:1205 Oktyabr, 2018
685
  • A
Rusiya baş prokurorunun müavini, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Saak Karapetyanın "AS-350" helikopterinin qəzaya uğraması nəticəsində ölməsi təsadüfi deyil. Ona qarşı sui-qəsd edilməsi ehtimalı çox böyükdür.

Oxu24.com  xəbər verir ki, bu barədə Rusiyanın sabiq hərbi kəşfiyyatçısı Sergey Skripalın qardaşı qızı Viktoriya Skripal “Milli Xəbər Xidməti” agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, “Skripalların işi” ilə məşğul olan Karapetyanın ölümü Solsberidəki zəhərlənmə ilə əlaqəlidir.

“Mən təsadüflərə inanmıram. Əvvəlcə biz avtomobil qəzasına düşürük. Üstündən düz bir həftə keçir və indi də bu hadisə... Belə şeylər də ola bilər”, – Viktoriya deyib.

Karapetyanın fəaliyyətinə yaxından bələd olan mənbə “İnterfax”a bildirib ki, o, 2016-cı ildə baş prokurorun müavini təyin edildikdən sonra ən qalmaqallı cinayət işlərinə, o cümlədən də, “Skripalların işi”nə birbaşa nəzarəti həyata keçirib. Xüsusən də, Solsberidəki zəhərlənmə hadisəsilə bağlı Böyük Britaniya hökuməti və xüsusi xidmət orqanlarına sorğular hazırlamaqla məşğul olub.

Qeyd edək ki, Rusiya baş prokurorunun erməni əsilli müavini Saak Karapetyan oktyabrın 3-ü axşam saatlarında Kostroma əyalətinin Vonşevo kəndində "AS-350" helikopterinin yerə çırpılması nəticəsində ölüb. Onunla yanaşı, helikopterdə olan daha 2 nəfər – kəndin erməni sakini Arek Aratyunyan və pilot Mixnov da ölüblər. İnsidentlə bağlı cinayət işi açılıb. Məlum olub ki, Karapetyanın olduğu "AS-350" helikopteri icazəsiz uçuş həyata keçirib.

Onu da xatırladaq ki, martın 5-də Rusiyanın sabiq hərbi kəşfiyyatçısı olmuş, lakin daha sonra Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal və qızı Britaniyanın Solsberi şəhərində Noviçok kimyəvi maddəsindən zəhərlənərək beyin iflici keçiriblər. Diplomatik qalmaqala səbəb olan hadisəni sui-qəsd adlandıran London baş verənlərdə Rusiyanın, konkret olaraq isə prezident Vladimir Putinin əlinin olduğunu iddia edib. Kreml isə ittihamları rədd edib. Britaniya hadisə ilə əlaqədar 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Analoji cavab tədbirləri görən Moskva isə Sankt-Peterburqdakı Britaniya baş konsulluğunu bağlamaq və Rusiyada 20 ildən artıq fəaliyyət göstərən “Britaniya Şurası” ictimai təşkilatının işini dayandırmaq qərarına gəlib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Professor tələbəsinə aşiq olub ailəsini dağıtdı
Krım körpüsü bağlandı
ABŞ-də TikTok qadağan edildi

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO