Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
575
az

Formula 1 komandaları gələn həftədən Bakıya gəlir

14:2713 Aprel, 2018
962
  • A
 2018-ci il 27-29 aprel tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar aprelin 23-dən etibarən Bakıya gəlməyə başlayacaqlar.

"Oxu24.com" xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

O bildirib ki, Formula 1 çərçivəsində logistika baxımından işlər çox olur, çünki komandalar bir Qran Pri başa çatdıqdan sonra digərinə gedirlər: “İndi Çində Qran Pri keçirilir, ondan sonra komandalar Bakıya gələcəklər. Komandaların gəlişi, adətən, Qran Pri həftəsi baş tutur. Ayın 23-dən etibarən Beynəlxalq Avtomobil Federasiyası və Formula 1 nümayəndələri, komandalar Bakıya gəlməyə başlaycaq”.

N.Arpadarai digər məsələlərlə bağlı işlərin qrafikə uyğun davam etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, tikinti-quraşdırma işləri Qran Pri həftəsinə qədər davam edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messidən yubiley qolu - Video
Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçildi
21-ci əsrin ən yaxşı futbolçusu seçildi

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu