‡агрузка...

MKİ'nin sirr kimi gizlətdiyi bölgə haqqında sensasion məlumat +FOTOLAR

 
1947-ci ildə Roswelle düşdüyü iddia edilən UFO-dan əldə edilən texnologiyaların inkişaf etdirildiyi, əldə edilən bu göstəricilərlə də lazerlə idarə olunan raket, infraqırmızı şüa kimi texnologiyaların istehsal edildiyi söylənilən bir region: Area 51, ya da 51-ci Bölgə.

Hətta bəzi nəzəriyyəçilərə görə zaman səyahəti və teleportasiya təcrübələri də 51. Bölgədə aparılır.

51-ci Bölgə, Las Las-veqasın 153 km. Şimalında olub Nevada test sahəsi və Nellis Hava Qüvvələri sahəsi ilə əhatə olunmuşdur. İçində yerləşdiyi ərazi 76 km kvadratdır. Çəkilən fotoşəkillərində yalnız bir neçə bunker və müxtəlif kiçik binalardan ibarət olduğu görülsə də, yerin altında çox mühüm və geniş bir kompleksin yerləşdiyi məlumdur.

 Cəmiyyət olaraq bilmədiyimiz bir çox təcrübə və hadisənin olması, sui-qəsd nəzəriyyəçilərinin bu məsələlərdə bezmədən, usanmadan fikirlər ortaya atmaları və təbii ki bölgənin görünütülənməsindən sonra iş və təcrübə təşəbbüslərinin yer altına daşınması, zehinlərdə bölgə ilə bağlı sual işarələrini əhəmiyyətli dərəcədə artırmışdır.

51-ci Bölgə ilə bağlı fərziyyələrin çıxmasından 66 il sonra -2013'cü ildə - Amerika, stansiyanın həqiqətən var olduğunu rəsmən açıqlayıb. Stansiyanın varlığı, nə üçün yarandığı, nə kimi funksiyaları olduğu barədə bəyanatlar haqqında hesabat, MKİ tərəfindən dərc olunub.

 Bu gizli bölgə, "Independence Day" filmindən, "The X-Files" serialına qədər, bir çox elmi-araşdırma filmlərinə mövzu olan 51. Region, populyar mədəniyyətdə "Dünyaya gələn yad planetlilərin tutulduğu yer" olaraq qəbul edilir. Ancaq MKİ-nin olduqca qalın hesabatında, UFO həvəskarlarının rədd etməsi gözlənilən açıqlamalar var. MKİ, hesabatda dünyadakı qeyri-adi varlıqlar haqqında danışmır, əksinə, 51. Bölgənin "hökumətin gizli U-2 casus təyyarə proqramının tərkib hissəsi olduğunu" irəli sürür. Hesabat, 51. Bölgənin İkinci Dünya Müharibəsində "hava artilleriya mənzili" kimi istifadə edildiyini də əlavə edir.

Bölgə haqqında olan fərziyyələr.
 
51. Bölgə Dünyanın ən çox tanınan hərbi bazalarından biri olmasına baxmayaraq rəsmilər varlığını heç vaxt qəbul etmədi. Soyuq müharibə illərində gizli əməliyyatların aparıldığı 51. Bölgə, uzun müddət ərzində çılğın insanların, sui-qəsd nəzəriyyəçilərinin və hədsiz maraqlananların diqqət mərkəzində oldu. 51. Regionunun UFO-lara və kosmik varlıqlara ev sahibliyi etdiyi istiqamətindəki şayiələrin hələ də sübut olunmamış olmasına baxmayaraq, hökumətin bu ərazidə illərdir gizli işlər davam etdirdiyi və irəli sürülən bəzi fərziyyələrin həqiqət olduğu iddia edilir.

Əlbəttə ki, bu fərziyyələr heç nədən meydana gəlmədi.

Gizli yeraltı tunelləri, gizli düşmən təyyarələri, çox gizli UFO faylları kimi iddia və şayiələr həmişə 51. Bölgə ilə əlaqələndirilib. Bu cür spekulyasiyaların və nəzəriyyələrinin yaranması, əlbəttə, bir heçdən meydana gəlmədi.

 Amerikanın əvvəllər belə bir sistemin olduğunu rədd edib, Sovetlərin 1957-də göndərdiyi peyk sayəsində görüntüsü alındıqdan sonra, bölgənin Amerika tərəfindən varlığının qəbul edilmiş olması ilə bağlı maraq doğurmuşdur.


Nəzəriyyəçilərin ortaya atdığı iddialar.

Fərziyyələrin yaranmasındakı ən əhəmiyyətli səbəblərdən biri də regionda illərdir istifadə olunmayan təyyarə eniş zolaqlarının, səhra qumları səbəbindən bir qarış qumla örtülmüş vəziyyətdə olmasıdır. Yəni, bu da o bölgəyə hər hansı bir təyyarənin getməyəcəyini göstərir. Nəzəriyyəçilərə görə, MKİ-nin apardığı "bölgənin gizli təyyarələr üçün araşdırma aparılan bir sahə olduğu" istiqamətindəki açıqlamaları da hədəf yayındırmaqdan başqa bir şey deyil.

 Çünki region, həqiqi mənada sıx qorunur. 51. Regionunun varlığının qəbulundan əvvəl, sahənin 50 km-dən çox yaxınına yaxınlaşmaq qadağan idi və yaxınlaşdığınız halda bir çox fərqli maşınla təqib edilirdiniz. Nevada çölünün müxtəlif yerlərində bir çox gizli kameranın da olduğu, hətta bölgəyə çox yaxınlaşmağınız vəziyyətində vurulma təhlükəniz də olduğu iddia edilir.

 Bütün bu iddiaların həqiqət olduğu qəbul edilərsə,  nəzəriyyələrə inanmayanların belə ağıllarına, bu bölgə ilə əlaqəli sual işarələrinin gəlməsi olduqca təbiidir.
loading...




Paylaş:


24-avq, 2018 487
loading...
Загрузка...
loading...