Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4030
az

İnstaqramdan ən çox pul qazanan idmançılar – Siyahı

09:2528 İyul, 2018
1500
  • A
İnstaqramın ən çox qazanan idmançılarının adları bəlli olub.

Oxu24.com Qafqazinfo.az-a istinadən xəbər verir ki, Hopper HQ.com-un hazırladığı “Sports Rich List 2018”-ə görə, sosial şəbəkədə ən çox qazanan “Yuventus”a transferi ilə gündəm olan Kriştiano Ronaldodur. 133 milyon izləyicisi olan Ronaldo paylaşdığı hər reklam xarakterli statusa görə təxminən 750 min dollar gəlir əldə edir.

İkinci yerdə isə 101 milyon izləyicisi olan Neymar gəlir. O, paylaşımlarından 600 min dollar qazanır.

Üçüncü yerin sahibi 95 milyon izləyicisi olan Messidir. Messinin qazancı 500 min dollardır.

Devid Bekhem (300 min dollar) dördüncü, Qaret Beyl (185 min dollar) beşinci yerdədir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messidən yubiley qolu - Video
Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçildi