Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3025
az

Paşinyan Rusiyadan aldığı yeni nəsil təyyarələrlə Azərbaycana hücuma hazırlaşır - SENSASİYA

13:2920 İyun, 2018
3235
  • A
Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk səhifəsində Rusiya istehsalı olan Su-30SM çoxfunksiyalı döyüş təyyarəsinin kabinəsində fotosunu paylaşdı. Bundan sonra Paşinyanın Su-30SM təyyarəsinə haradan mindiyi haqda müzakirələr başlandı. Ehtimallara görə, bu foto Rusiyanın Ermənistandakı “Erebuni” bazasında çəkilmiş ola bilər. Lakin daha çox Ermənistanın bu təyyarəni Rusiyadan aldığına dair ehtimallar önə çəkildi.

Publika.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyindəki mənbə “Regnum” agentliyinə Rusiya ilə Su-30SM təyyarələrinin alınması ilə bağlı danışıqlar aparıldığı haqda məlumat verib. Yaxın dövrdə Rusiyanın bu təyyarələri Ermənistana verə biləcəyi gözlənilir.

Paşinyanın Su-30SM təyyarəsinə haradan mindiyinə gəlincə, mənbə bunun Rusiya bazasında olduğunu açıqlayıb.

Su-30SM təyyarələri

Bu təyyarələr 4++ nəsil maşınlarına aiddir. İmkanlarına görə beşinci nəsilə (F-22, F-35, Su-57) təyyarələrinə yaxındır. Bu təyyarələr Rusiyanın ən uğurlu istehsallarından hesab olunur. Suriya əməliyyatında uğurla iştirak ediblər.

Ermənistanda belə bir təyyarə yoxdur. İşğalçı ölkənin aviasiyasına cəmi 15 ədəd Su-25 daxildir. Bununla yanaşı, Rusiyanın İrəvan yaxınlığındakı “Erebuni” bazasında 18 ədəd AN-29 təyyarəsi var. Hazırda işğalçı ölkənin aviasiyası çox köhnəlmiş hesab edilir. Görünür, Ermənistan aviasiyasını Su-30SM təyyarələri ilə yeniləmək niyyətindədir.

Ermənistanla müqayisədə Azərbaycanın güclü aviasiya potensialı mövcuddur. “Aprel müharibəsi”ndəki döyüş qabiliyyəti də bunu əyani şəkildə sübut etdi.

Gələcək hücum planı

“Regnum” agentliyinin hərbi mənbələrdən əldə etdiyi digər məlumata görə, Ermənistan yaxın 1-2 ildə Rusiyadan böyük partiyada Su-30SM almaq niyyətindədir. Bu təyyarələrin böyük hissəsi Azərbaycanın işğal edilmiş ərazilərindəki erməni hərbi hissələrinə yerləşdiriləcək.

“Su-30SM təyyarələri İrəvanın və Xankəndinin müdafiəsini, həmçinin, hücum imkanlarını gücləndirəcək. Bununla yanaşı, Azərbaycanın strateji neft-qaz infrastrukturunu təhlükə altına qoyacaq”, - deyə ermənipərəst agentlik yazıb.

Görünür, Ermənistanı gələcək müharibə planları var. Hesab etmək olar ki, Paşinyan silahlanma başa çatana qədər Qarabağ danışıqlarını uzatmaq və yalnız bundan sonra hücuma keçmək niyyətindədir. İrəvanda “Azərbaycanın neft-qaz strateji infrastrukturunun sıradan çıxarılması” haqda bəyanatların tez-tez eşidilməsi təkcə hərbi ritorika deyil, bu, həm də ermənilərin gələcək planından xəbər verir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur yazıçı VƏFAT ETDİ - FOTO
Türkiyə XİN təsdiqlədi: ABŞ və İran hücumdan əvvəl əlaqə qurub
Britaniya, Fransa və Almaniya səfirləri İran XİN-ə ÇAĞIRILDI

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Parkda kişi uşağa hücum etdi  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı