Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
237
az

Azərbaycan Universiteti rektorunun kitabı çap olunub

10:2204 Aprel, 2018
1341
  • A
 Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın həmmüəllifi olduğu “Britaniya Uşaq Ədəbiyyatı” adlı dərs vəsaiti çap olunub.

"Oxu24.com" xəbər verir ki, dərs vəsaitində ədəbi janrdan ümumi ədəbiyyatın bir sahəsinə çevrilən, sonrakı inkişaf mərhələlərində müstəqil uşaq ədəbiyyatı kimi dünya ədəbiyyatında özünəməxsus yer tutan Britaniya uşaq ədəbiyyatının ümumi mənzərəsi yaradılır. Kitabın digər müəllifi professor Şahin Xəlillidir.

İrihəcmli vəsaitə Britaniya uşaq ədəbiyyatı və poeziyasının tarixinə, inkişaf mərhələlərinə həsr olunmuş esselər, habelə klassik uşaq folkloru, Orta əsrlər, müasir poeziya nümunələri və ədəbi nağılların bir qismi daxil edilib. Kitabda ölkəmizdə az tanınan müəlliflərlə yanaşı uşaqların uzun illərdən bəri sevə-sevə oxuduqları əsərlər və onların müəlliflərindən də geniş söhbət açılır, Britaniya uşaq ədəbiyyatının Azərbaycanda öyrənilməsi məsələsinə də aydınlıq gətirilir. Vəsaitdə tərcümələrdən nümunələrin verilməsi praktik əhəmiyyət daşıyır. Bütün bu keyfiyyətlər kitabın elmi dəyərini xeyli artırır.

5 hissədən və 462 səhifədən ibarət kitab ali məktəblərin filologiya fakültələrinin bakalavriat pilləsində seçmə fənn kimi nəzərdə tutulan proqram əsasında hazırlanıb. Vəsaitin elmi redaktoru filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, rəyçiləri filologiya elmləri doktoru, professor Cəlil Nağıyev, filologiya elmləri doktoru, professor Qorxmaz Quliyev, filologiya elmləri doktoru, professor Aynur Sabitovadır.

Dərs vəsaiti filologiya üzrə təhsil alan tələbələr, professor-müəllim heyəti və geniş oxucu auditoriyası üçün nəzərdə tutulur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Universiteti rektorunun kitabı çap olunub

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı