Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2298
az

Türkiyənin tanınmış həkimləri Azərbaycan xalqını belə təbrik etdilər –

12:5428 May, 2018
1004
  • A

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı qardaş ölkənin dünyaca məşhur həkimləri video-müraciət hazırlayıblar.

 
Video-müraciətdə Doç.Dr Sami Sökücü, Prof.Dr Tuğçin Bora, Prof.Dr Tülkel Kılıç, Prof.Dr Ozan Özkaya, Prof.Dr Semih Ayan, Prof.Dr Önder Ofluoğlu, Prof.Dr Ayhan Dinçkan, Pr.Dr Berrin Pehlivan, Prof.Dr Barbaros Kınoğlu, Prof.Dr Deniz Konya, Prof.Dr.Tunç Fışgın, Doç.Dr. Aynur Erşahin Azərbaycan xalqını bu böyük bayram münasibəti ilə təbrik ediblər.


Layihənin təşkilatçısı, səhiyyə turizmi şirkəti"Healthis Assistance” rəhbəri, Azərbaycanda səhiyyə turizmi sahəsində tanınmış ekspert Sənan Quliyev Azərbaycan haqqında tarixi məlumatların Türkiyə cəmiyyətinə tanıdılması üçün bir çox işlərin görülməsinə ehtiyyac olduğunu deyib:

"Harada yaşamağımızdan asılı olmayaraq hər zaman ürəyimiz Azərbaycanla döyünür, bütün gördüyümüz işlərin mərkəzində Azərbaycanın adı durur. Bu layihə ilə biz Azərbaycanın şanlı tarixini təkcə Türkiyədə deyil, dünyada da tanınan professor-həkim heyətinin dili ilə səsləndirdik”.

S.Quliyev bu layihə ilə yanaşı cümhuriyyətimizin 100 illik yubileyi ilə bağlı Türkiyənin bir çox mətbu nəşrlərində cümhuriyyət tarixi ilə bağlı geniş məqalələr və silsilə yazılarla çıxış etdiklərini bildirib:


"Bir daha qeyd etmək istəyirəm ki, bu işləri görülməsində yeganə məqsədimiz Azərbaycanın şanlı tarixini Türkiyə cəmiyyətinə daha dərindən anlatmaq və qardaş ölkə ictimaiyyətini bilgiləndirməkdir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“WhatsApp”da yeni funksiya yaradıldı
Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur