Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2283
az

Avqustda Qarabağ uğrunda müharibə başlayır?- Mətbuata məxfi məlumat yayıldı

23:3527 May, 2018
5335
  • A
 Ermənistanda 20 il insanları azərbaycanlılarla vuruşanlar - Robert Koçaryan, Serj Sarkisyan idarə ediblər. İndi ölkənin sükanı arxasında, ehtimal ki, çox uzun müddətə yox, Nikol Paşinyandır – o vuruşmayıb, amma 2016-cı ilin aprelindəki dördgünlük döyüş əməliyyatları vaxtı "səngərlər qazıb".

Oxu24.com xəbər verir ki, Vitualorq.az saytı belə bir məlumat yayıb.Ekspertlər cəmiyyətində belə bir fikir var ki, futbol üzrə Dünya çempionatından sonra, hansı ki, tezliklə Rusiyada keçiriləcək, Moskva Qarabağda hərbi əməliyyatlara göz yumacaq. Yeri gəlmişkən, gürcü politoloqu Qela Vasadze belə variant istisna etmir.

Qarabağ münaqişəsinin nizama salınması prosesi silkələməyə ehtiyac duyur, amma çox güclü silkələnməyə yox. Bu haqda isə öz məqaləsində Britaniya jurnalisti, Karneqi Fondunun eksperti Tomas de Vaal yazırb.

Onun sözlərinə görə, Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı ilk şərhləri məhz belə silkələməyə hesablanmışdı. "O, “Qarabağ Ermənistanın "ayrılmaz hissədir" deyərkən diplomatdan çox, kütlə arasından çıxmış adam kimi danışırdı. Görünür, Paşinyan milli təhlükəsizliyin təminatında öz mandatını təsdiq etdirmək ehtiyacı duyur və Qarabağ ermənilərini onlarla birlikdə olduğuna inandırmaq istəyir", - deyə de Vaal yazır.

De Vaal-ın sözlərinə görə, təhlükə ondadır ki, erməni lideri Qarabağın suverenliyindən açıq danışır və deyir ki, torpaqlar qaytarıla bilməz. Belə olan halda isə Bakının danışıqlar üçün heç bir məsələsi qalmır və hər iki tərəf müharibəyə qayıdır.

Analitik vurğulayır ki, son 15 ildə danışıqlar bu formada gedib: tərəflərdən hər biri özünü elə aparıb və əlindən gələni edib ki, ATƏT-in vasitəçiləri işləsinlər, ancaq ciddi iş aparılmayıb, real irəliləyiş də yoxdur.

"Münaqişə Birləşmiş Ştatların gündəliyindən çıxdı, amma xoşbəxtlikdən, Tramp administrasiyası vasitəçilik rolundan imtina etmədi və ABŞ-dan Endrü Şoferi yeni elçi təyin etdi”, - deyə erməni KİV-i jurnalistin yazdığından sitat gətirir.

Ekspert qeyd edir ki, seçki kampaniyasının gedişatında, hansı ki, uzunmüddətli ola bilər, Nikol Paşinyan və onun silahdaşları, vətənpərvərlik öhdəlikləri şübhə altına düşməsin deyə, barışdırıcı yanaşma sərgiləmək istəməyəcəklər.

"Münaqişə ilə bağlı Ermənistanın yeni, konsolidasiyalı siyasəti meydana çıxana qədər isə aradan çoxlu aylar keçəcək", - o əlavə edib.

De Vaal-ın fikrincə, təzə düşüncə lazımdır, hansı ki, Ermənistan Xarici İşlər Nazirliyinin müxtəlif danışıqlar prosesində özünü təsdiqləmiş yeni başçısı Zohrab Mnatsakanyan tərəfindən təqdim edilə bilər.



"Qarabağ üzrə danışıqlar prosesi - nəzakətli konstruksiyadır. Onun iflası ancaq bir yolu - yeni münaqişəni göstərəcək", - Tomas de Vaal fikrini yekunlaşdırıb.

Britaniya eksperti haqlıdır. Vəziyyət göstərir ki, Qarabağ münaqişəsinin kəskinləşəcəyi vaxt həqiqətən uzaqda deyil. Və əgər Ermənistan Təhlükəsizlik Şurasının başçısı sabiq müdafiə naziri ilə “söz atışmasına” girirsə, deməli, sabitlik gözləməyə dəyməz.

Qeyd edək ki, bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sosial şəbəkələrdə öz keçmiş müəlliminə və sabiq müdafiə naziri Viqen Sarkisyana cavab verdi(!). O əvvəlki hökumətin üzvlərini "uğursuzlar" adlandırdı, həmçinin bildirdi ki, vətəni sevməyi vətənpərvərlik aforizmləri ilə öyrətmirlər.

Ermənistanda ordunun xeyrinə 1000 dram verginin tətbiqi, möhlətə qadağa qoyulması ilə bağlı qanunun qəbulu, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsindəki uğursuz strategiya və s. haqda da yenidən xatırladılar.



Yerevan ekspertləri hesab edirlər ki, bütovlükdə, "Millət-ordu" konsepsiyası, hansını ki, 2016-cı ilin aprelində dördgünlük döyüşlərdə məğlubiyyətdən sonra Ermənistanda reallaşdırmağa çalışdılar, iflasa uğrayıb. Əslində o işləyə də bilməzdi. Çünki belə ad altında konkret heç bir sənəd yoxdur, bütün bunlar sadəcə boş söz yığınıdır”, — deyə Armen Qriqoryan yazıb.

Sonra faktlar sadalanıb. A.Qriqoryan iddia edir ki, əvvəlki hökumətin vaxtında 370 min vətəndaş ölkəni tərk edib, xarici borc daha 5 milyard dram artıb, 800 mindən çox vətəndaş yoxsulluq içərisində yaşayır və "bütün bunlar Aprel müharibəsinə, insanların həlak olmalarına, ərazilərin itirilməsinə gətirib çıxardı".

Azərbaycan isə gözləməkdə davam edir. Rusiya Federasiyası prezidenti Vladimir Putinlə görüşü zamanı erməni baş naziri Nikol Paşinyan dedi ki, Ermənistan daha çox Rusiya silahı istəyir.

Ümumiyyətlə, N.Paşinyan hökuməti təcavüzkar ritorikanı gücləndirməkdə davam edir. Guya möhkəm sülhün əldə olunmasına danışıqlarda yalnız Qarabağın birbaşa iştirakı imkan verər. Bu necə "sülh" olacaq? Axı belə bəyanatlar sülh sazişini faktiki olaraq kənara atır...



Ermənistanın Xarici İşlər Nazirliyində isə birbaşa bildirdilər: indi reallıqlar dəyişib və bu, danışıqlar prosesində “DQR”in (dırnaq bizimdir-red.) iştirakını tələb edir.

Daha bir məqam. Yerevanda hesab edirlər ki, Dağlıq Qarabağ bu və ya başqa formada danışıqlara cəlb edilib, bütün tərəflərin iştirakının zəruriliyi haqda sənədlər var: "Azərbaycan Qarabağla birbaşa danışıqlar aparmaqdan imtina edir. Halbuki Barışıq sazişi birbaşa danışıqların nəticəsi idi". Əslində isə heç də elə deyil.

Azərbaycan, parlamentin o dövrdəki spikeri Rəsul Quliyevin şəxsində, razılaşmanı yalnız Qarabağın Azərbaycan icmasının başçısı Nizami Bəhmanovun adının imza atan şəxslərin siyahısına əlavə olunmasından sonra imzaladı. Deməli, söhbət artıq dörd tərəf haqda gedir: Ermənistan, Azərbaycan və Qarabağın erməni və Azərbaycan icmaları. Amma bu da hamısı deyil. Ortada bir dənə də olsun sənəd yoxdur ki, orada Azərbaycanın, Ermənistanın və Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin imzası yan-yana dursun. Sənədlər faksla müxtəlif yerlərdən göndərilirdi.

...ATƏT-in Minsk qrupunun həmsədrləri ölkənin yeni rəhbərliyi ilə danışmaq üçün tezliklə Ermənistana gələcəklər. O rəhbərlik ki, hələ həmsədrlərin səfərinə qədər bir çox səhvlər edə bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baqdasaryandan sensasion etiraf: Bizə yalan danışdılar, Azərbaycan hərbçiləri...
Ermənilər Xankəndini belə tərk edir - Qarabağdan qaçış başladı - VİDEO
Binəli Yıldırım Şuşaya gedib - FOTO

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
ŞOK! İnternatdan qaçan uşaq birbaşa efirə girib  görün nələr  dedi +VİDEO
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət