Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2242
az

İranda mağazaya girənlərin dodaqları uçuqlayır

20:4726 May, 2018
1025
  • A
Aprel ayının əvvəlində ABŞ prezidenti Donald Trump-ın Tehranla nüvə sazişindən çıxacağı barədə bəyanatının ardınca İranın milli valyutası kəskin şəkildə ucuzlaşıb. Tehranda dolların qiyməti 54 min rialdan 60 minədək artıb.

Hökumət rialı rəsmi müəyyən edilən 42 mindən artıq məzənnə satanları cəza ilə hədələsə də, sabitlik planlarını elan etsə də bir çox təhlilçi hesab edir ki, rialın ucuzlaşması sanksiyaları gözləyən ölkənin daha dərin problemlərindən xəbər verir.

BBC Fars xidmətinin təhlilinə əsasən, bir çox iranlı sanksiyaların fəsadlarına qarşı sığorta vasitəsi kimi xarici valyuta almağa çalışır.

İtaliyada mənzillənən "European University Institute"-da tədqiqatçı, əslən iranlı olan Said Bağeri bu fikirlə tam şəkildə razı olduğunu bildirir.

BBC News Azərbaycancaya danışan alimin sözlərinə görə, 2015-ci ildə sanksiyaların ləğvi ardınca bir çox iranlının rifahın artacağı ilə bağlı ümidləri puça çıxmış oldu. Cənab Bağeri deyir ki, sıravi insanlar statistikanın göstərdiyi artımın nəticələrini hiss etmir.

Said Bağerinin sözlərinə görə, insanlar "qiymət artımı və inflyasiyadan" əziyyət çəkir:

"Mağazaya girib əlçatmaz qiymətləri görənlərin dodaqları uçuqlayır", - ət, bal, qoz-fındıq kimi ərzaq mallarına qiymətin durmadan artdığını deyən Bağeri bildirir.

2015-ci ildə 6 güc dövləti ilə nüvə sazişi bağlayan Tehran neft, maliyyə və ticarət sahəsində beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində öz nüvə proqramını məhdudlaşdırmağa razılaşıb.

İran dünyanın ən iri neft istehsalçılarından biridir və sanksiyalar bu ölkənin yanacaq ixracatını əhəmiyyətli şəkildə məhdudlaşdıra bilər.

Beynəlxalq Valyuta Fondunun (BVF) rəqəmlərinə görə, 2015-ci ildə sanksiyaların ləğvi ardınca keçən bir il ərzində İran iqtisadiyyatının həcmi 12,5 faiz artıb.

Bundan sonra artım templəri zəifləsə də, o, kifayət qədər yüksək qalır. Bu il artımın 4 faiz ətrafında olacağı güman edilir.

Prezident Həsən Ruhaninin hökuməti sanksiyaların ləğvi nəticəsində iqtisadi nailiyyətlərini xüsusilə vurğulasa da, adi iranlılar arasında məsələyə münasibət birmənalı deyil.

 Aprel ayında Tehranda dolların qiyməti 54 min rialdan 60 minədək artdı.

İran hökumətinin mövqeyini müdafiə edənlər yoxsulluq səviyyəsinin azalması barədə Dünya Bankının rəqəmlərinə istinad edə bilər. Statistikaya əsasən 2009-2013-cü illər arasında yoxsulluq səviyyəsi 13 faizdən təqribən 8 faizədək azalıb.

Lakin 2014-cü ildə yoxsulluq yenidən artmağa başlayıb.

"20 ildir maaş artmır"

İran iqtisadiyyatı barədə bəzi təhlillərdə maaşların artmadığı da göstərilir. Bu barədə danışan Said Bağeri İran universitetlərində işləyən öz müəllim həmkarlarını misal çəkir.

"Tanıdığım müəllimlər var ki, son 20 ildə maaşı dəyişməz qalır. Yəni qiymətlərin artmasını nəzərə alsaq, onların məvacibi hətta azalıb".

Said Bağeri deyir ki, 2015-ci ildə insanlar nüvə sövdələşməsini sevinclə qarşıladılar.

Onlar gözləyirdilər ki, sazişin imzalanması birbaşa onların həyatına təsir edəcək, lakin bu illər ərzində, əksinə işsizlik, rüşvətlə bağlı şikayətlərin artdığını görmək olar, - iranlı alim deyir.

"İnsanlar çox məyusdur. 4-5 ay bundan əvvəlki kütləvi çıxışlar da məhz bunun təzahürüdür".
 Ötən ilin dekabr və bu ilin yanvar aylarında keçirilən kütləvi etiraz akisyalarında hökumət əleyhinə iqtisadi və siyasi şüarlar səsləndirilib

Cənab Bağerinin sözlərinə görə, ümidlərini itirən iranlılar xaricə üz tutur. "Mənə zəng edib xaricə gəlmək yolları ilə maraqlananların sayı artır".

BBC Fars xidmətinin təhlilinə əsasən, bir çox iranlı sanksiyaların fəsadlarına qarşı sığorta vasitəsi kimi xarici valyuta almağa çalışır.

2018-ci ilin ilk rübündə İrandan 30 milyard dolların çıxarıldığı təxmin edilir.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaşadığı hadisədən sonra insanlardan ÜZ ÇEVİRDİ
Quyruqlu uşaq doğuldu  -  FOTO

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət