Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Qurban Qurbanovla Elvin Cəfərquliyev arasında GƏRGİNLİK

Qurban Qurbanovla Elvin Cəfərquliyev arasında GƏRGİNLİK

ŞAD XƏBƏR: Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər – Tarix açıqlandı

ŞAD XƏBƏR: Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər – Tarix açıqlandı

İnəklərdə quş qripi aşkarlanıb

İnəklərdə quş qripi aşkarlanıb

XƏBƏR LENTİ

28 Mart 2024
Azərbaycanda gömrük borcunun bank hesabına ödənilməsi qaydası dəyişdi
Latviya Xarici İşlər Nazirliyinin rəhbəri istefa verdi
Britaniyada Ukraynanın yeni sərhədlərinin dəyişdiriləcəyini proqnozlaşdırdılar
İŞİD terrorçuların təlim mərkəzlərini Əfqanıstandan çıxarıb
İtaliyanın baş naziri Makronu Ukraynadakı əsgərlər haqqında danışarkən “tonları seçməyə” çağırıb
Qurban Qurbanovla Elvin Cəfərquliyev arasında GƏRGİNLİK
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi - FOTO
Qaraciyəri qardaşına köçürülən Nərmin:
Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
Xatirə həyat yoldaşı və oğlu ilə Şeyx Zayeddə - FOTOlar
Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
BÜTÜN XƏBƏRLƏR
20151
az

Bu gizli qapıdan içəri girəndə çaşıb qaldılar - yer altında 50 min nəfərlik şəhər tapıldı

10:0226 Noyabr, 2019
1428
  • A

Bu günə qədər “yer altındakı həyat”la bağlı eşitdiyiniz hər şeyin doğruluğuna əminsiniz? Təbii ki, yox. Amma, Türkiyədə, Nevşehirdə min illərdir  sirrinin açılmağını gözləyən yeraltı şəhər eşitdiyiniz əfsanələrin  başladığı yer ola bilər. 

 

 1960-cı illərin əvvəlində bir kəndli evini təmir etdirirdi.  Köhnə divarlardan birinin uçurulması zamanı evin böyük bir tunelin kandarında tikildiyi aydın olur. Ev sahibi tunelin bir mağaraya açıldığını zənn edir. Amma, əlinə fənər alıb irəlilədikcə qarşısına çıxan  iç-içə otaqlar onu təəccüb içində qoyur. Əlaqədar qurumlar xəbərdar edilir və beləliklə, “Dərin quyu” yeraltı şəhəri kəşf olunur. 

{banner_reklam1}

 

 

Məlum olur ki, yeraltı şəhər təkcə otaqlardan ibarət deyil; burda qeyri-adi su və havalandırma sistemi ilə yanaşı, dəlixanalar, ibadət yerləri və məktəblər də mövcuddur. Hesablamalara görə, şəhər 50 minə yaxın insanın  yerin altında rahatca yaşaması üçün  bəs edər. 

 “Burda kimlər yaşayıb?”, “Gün işığı olmadan necə yaşayıblar?” kimi sualların cavabı isə o gündən-bu günə hələ axtarılır. 

 Şəhər haqqında əfsanələrin bəziləri eramızın ilk illərindən bəhs edir. Deyilənlərə görə, ilk xristianlar Roma əsgərlərinin zülmündən qaçaraq Kapadokiyaya gəlib və özlərinə yeraltı şəhər inşa ediblər.  Əsgərlər onları tapmasın deyə giriş qapılarını ağlagəlməz  yerlərdə açıblar. Məsələn, bir qayanın oyuğunda, kolluqların arasında, ya da mövcud olan bir kənd evinin zirzəmisində. 

  2 min il bundan əvvəl yaşayan insanların yeraltı şəhəri  hansı texnologiya ilə inşa etdikləri də  araşdırmaçıların cavab tapmadığı suallar yaradır.  Burdakı havalandırma sistemi elə qurulub ki, şəhər il boyu eyni temperaturda qalsın; nə çox isti, nə də çox soyuq olmasın.  Rahiblər, keşişlər, ailələr, uşaqlar...-Təsəvvür edin ki, bu insanlar yerin altında yüzilliklər boyunca yaşayıb və heç bir nəmdən, rütubətdən şikayətləri olmayıb. Hər otağın sürgülü qapısı və növbəti otağa keçidi olub. Dünyanın heç bir yeraltı şəhərində “Dərin quyu”dakı su və havalandırma sistemi yoxdur. 

 Araşdırmaçıları çıxmaza salan suallardan biri də ilk xristiyanların bu şəhəri necə və hansı müddətə inşa etdikləridir. Əllərində lazımi texnologiya olmayan, əsgərlərdən güclə qaçıb canını qurtaran bir ovuc insan  bu cür mükəmməl bir yeraltı şəhəri inşa etmək üçün neçə yüz il işləməliydi. Amma,  əldə olunan nəticələrə baxanda,  şəhərin qısa zaman içində sistemli şəkildə inşa edildiyi qənaətinə gəlmək olur. Üstəlik, düşünəndə ki, bu boyda şəhəri inşa etmək üçün yerin altından 8 milyon tona yaxın daş və torpaq çıxarılmalıdı, elm adamları təəccüblənməkdən özlərini saxlaya bilmir. Neçə yüz metr dərinlikdən torpaq və daş çıxarmaq hansı texnologiya ilə mümkün olub? Cavab yoxdur... 

 Yazılı mənbələrdən  məlumdur ki, Türkiyədəki “Yerəbatan sərnici”nin inşası on illiklər boyunca davam edib və bu vaxt ərzində yüzlərlə işçi ölüb. Bəs necə olur ki, “Yerəbatan sərnici”ndən dəfələrlə böyük olan “Dərin quyu” qısa vaxtda inşa edilib? Üstəlik də, niyə onun haqqında heç bir yazılı mənbə tapmaq mümkün deyil? Anlaşılan odur ki, cavabsız suallar arxeoloqları və tarixçiləri hələ çox düşündürəcək... 

 Başqa bir ehtimal isə yeraltı şəhərin yadplanetlilərin hücumundan qorunmaq üçün inşa edildiyi yönündədir.  Yəni, insanlar uzun yüzilliklər boyunca sistemli şəkildə bu şəhəri   “qazıblar” ki, yadplanetlilər hücum edəndə rahatlıqla gizlənə bilsinlər. 

 Hazırda yeraltı şəhərinin üstündə yerləşən kəndin adı “Dərin quyu”dur. Amma,  yeraltı şəhər tapılana qədər kimsə bu toponimi izah edə bilmirdi.  Həmin kənddə və ətrafda yaşayan insanların ağızdan-ağıza ötürülən, nəsildən-nəsilə keçən bir əfsanəyə inanmaları da maraqlıdır. Əfsanəyə görə, lap qədimlərdə bu ərazidə mələklər və xoşniyyətli varlıqlar yaşayıb. Bir gün göylərdən  bədniyyətli cinlər enib və onlara hücum edib. Xoşniyyətli varlıqlar cinlərə məğlub olduqlarını anlayıb yerin altına eniblər və burada özlərinə şəhər salıblar. Söyləntilərə görə, onlar hələ də burada yaşayırlar. Hətta, bəzi kəndlilər zaman-zaman burada qəribə səslər eşitdiklərini və nur saçan varlıqlar gördüklərini də iddia edirlər. 

 Bəzilərinin fikrincə, bu əfsanə bölgəyə turist çəkmək üçün uydurulub. Amma, unutmaq lazım deyil ki, yeraltı şəhər 1960-cı illərdə kəşf olunub. Əfsanələrin yaşı isə bilinmir... 

 Arxeoloqların fikrincə, Nevşehir bölgəsində bu cür yeraltı şəhərlər çoxdur. Sadəcə, hələ kəşf edilməyib. Bölgədə maraq doğuran bir başqa şey isə kilometrlərlə uzanan, təkər izlərinə bənzəyən xəttlərdir.  Elmi araşdırmalar nəticəsində bu izlərin yaşının milyon ildən artıq olduğu müəyyən edilib.  Görəsən, yeraltı şəhərin inşası zamanı çıxarılan daş və torpaq bu cür iri arabalarlamı daşınıb?  Bu sual da cavab gözləyir... 

 Maraqlı məqamlardan biri də odur ki, İtaliyada və Yunanıstanda da bu cür təkər izlərinə bənzəyən xəttlər var.  Üstəlik, xəttlər kəşf edilən yeraltı şəhərlərin yaxınlığındadır.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub – KİV
WhatsApp-da daha bir yenilik hazırlanır

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət