Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19636
az

Qalmaqallı biznesmenin maşınına bomba atdılar, cangüdənin başı qopdu

13:1608 Noyabr, 2019
943
  • A
 
Ötən gün Ukraynanın paytaxtı Kiyevdə iri biznesmen İqor Saloya sui-qəsd olub.

Oxu24.com   xəbər verir ki, Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Kiyevin Jitomirsk şossesində biznesmenin zirehli “Mercedes”inə motosikletlə yaxınlaşan killer avtomobilin damına bomba atıb və sürətlə uzaqlaşıb. Bu zaman maşında biznesmenlə yanaşı onun iki cangüdəni və sürücüsü vardı. Güclü partlayış nəticəsində İqor Salonun cangüdənlərindən biri və sürücü həlak olub. Digər cangüdən və biznesmen özü yaralanıb, onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Şahidlərin bildirdiyinə görə, partlayış dalğası cangüdənin başını bədənindən qoparıb. Habelə partlayışdan yaxınlıqda hərəkət edən daha avtomobil ziyan çəkib. Killerin artıq Ukraynanı tərk etdiyi bildirilir. Bəzi məlumatlara görə o, Moldovaya qaçıb və hazırda həmin ölkədə motosikletli killerin axtarışları gedir.

Avtomobil zirehli olsa da killerin də peşəkarlığı şübhə doğurmur, çünki zirehli avtomobillərin ən zəif nöqtəsi onların damıdır. Killer də bunu nəzərə alıb və bombanı avtomobilin damına atıb.

İqor Salo Xarkovda anadan olub, lakin biznesə Rusiyada başlayıb. 2010-cu ildə Ukraynaya qayıdıb və orada biznesini genişləndirib. Onun biznes aktivlərinin bir çoxunun Ukraynanın nəzarətindən çıxan Donbass regionunda olduğu bildirilir. İqor Salo əczaçılıq, daş kömür, duz, neft alveri biznesi ilə məşğul olur. Onun adı Ukraynada bir çox müəssisələrin reyder metodu ilə ələ keçirilməsində hallanır. Ukrayna KİV-lərinin məlumatlarına görə İqor Salonun Azərbaycanla da biznes əlaqəli var.

Versiyalardan birinə görə sui-qəsdin səbəblərindən biri Salonun reyderliklə ələ keçirdiyi müəssisələrlə bağlı ola bilər. Digər məlumata əsasən Salonun Kemerovo vilayətindən Rusiya senatoru Aleksandr Şişkinə böyük məbləğdə borclu olub və uzun müddətdir borcunu qaytarmırdı. Və sui-qəsdin bu borcla bağlılığı istisna edilmir.(virtualaz.org)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli görüntü: Piton ilanı su içən ceyranı diri-diri uddu
Meymunu 5 il boyunca makiyaj edib fahişə kimi satdılar
347 nəfərin olduğu təyyarə havada yandı - ŞOK VİDEO

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Dava zamanı qulağını qopardı