Sosial şəbəkələrdə nəhəng kərtənkələnin-varanın meymunu diri-diri udmasını əks etdirən videoçarx yayılıb. Oxu24.com xəbər verir ki, görüntülər İndoneziyada qeydə alınıb.
Varanın meymunu udmasına bir dəqiqə zaman lazım gəlib.
Qeyd edək ki, Komoda varanları ən böyük kərtənkələlər hesab edilirlər. Onların uzunluğu 3 metrə, çəkisi 80 kiloqrama çata bilir. Onlar öz çəkilərinin 80 faizini təşkil edə biləcək böyüklükdə canlıları yeyə bilirlər. Bəzən insanlara da hücum edirlər. Komoda varanları zəhərli olmasalar da, onların ağız zuyundakı güclü və zərərli bakteriyalar istənilən canlıya ölümcül təsir edə bilir.
Belə ki, varanların yaraladığı canlılar ölümə məhkum olurlar, insanlar isə varan tərəfindən dişlənmiş orqanlarını amputasiya etdirməklə canlarını sağ qurtara bilirlər.
İndoneziyada Komoda varanları qanunla mühafizə olunurlar.
{banner_reklam}
Oxu24.com
ŞƏRHLƏR