Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1917
az

Güləşçimiz Avropa çempionatında erməniyə aman vermədi

18:3218 May, 2018
1402
  • A
 Makedoniyanın paytaxtı Skopyedə yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.

Oxu24.com Oxu.Az-a istinadən xəbər verir ki, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışıb.

55 kq-da mübarizə aparan Murad Abbasov 1/8 finalda gürcü idmançısı Dieqo Çxikvadzeyə 5:1 qalib gəldikdən sonra 1/4 finalda digər Qafqaz təmsilçisi ilə güləşməli olub.

Onun bu mərhələdə rəqibi Ermənistan təmsilçisi Armen Yeqiazaryan olub. İdmançımız erməni rəqibini daha asanlıqla məğlub edib – 9:1 və yarımfinala yüksəlib.

Ondan başqa, bu gün ağır çəkidə təmsilçimiz Sərxan Məmmədov yarımfinala adlayıb. O, Yunanıstan və Macarıstandan olan rəqiblərini üstələyib.

Murad Abbasov və Sərxan Məmmədovun yarımfinaldakı rəqibləri müvafiq olaraq Albert Xokonov (Rusiya) və Muhammet Bakır (Türkiyə) olacaq. 1/2 final görüşləri Bakı vaxtilə saat 19:30-da başlayacaq.

Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq çəkidə çempion olacaq güləşçilər, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kq hər çəkidə üç nəfər olmaqla, finalçılar və bir nəfər III yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq.

Reqlamentə əsasən, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum iki idmançı ilə təmsil oluna bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messidən yubiley qolu - Video
Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçildi

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO