Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18928
az

Depressiya dərmanı içdi,süd vəzisi böyüdü - 8 milyon TƏZMİNAT ALDI

21:3712 Oktyabr, 2019
712
  • A
Məşhur dərman markası ondan şikayətçi olan şəxsə 8 milyon dollar təzminat ödəyəcək.

Oxu24.com bildirir ki, 26 yaşlı N.Murray adlı şəxs qəbul etdiyi dərmanların süd vəzilərini böyütdüyünü iddia edərək məşhur  "Johnson and Johnson" şirkətini məhkəməyə şikayət edib.

Məhkəmənin qərarı isə şəxsin leyhinə çıxarılıb. Adı çəkilən marka, aldığı anti-psixotik dərmanların döşlərini böyütdüyü və bunula bağlı dərmanların üzərində heç bir xəbərdarlığın olmadığını iddia edən şəxsə 8 milyon dollar təzminat ödəməyə məhkum edilib.

2003-cü ildə autizm spektri pozğunluğu diaqnozu qoyulan Murray, bu dərmanı istifadə etməyə başladıqdan sonra döşlərinin böyüdüyünü söylənilir. Rispedral adlı dərman şizofreniya və bipolyar pozğunluğu müalicə etmək üçün istifadə olunur. Murrayın vəkilləri məhkəmədə şirkəti "qazancı xəstələrin sağlamlığından öndə tutma"sına görə ittiham edib.

Xatırladaq ki, Amerikanın nəhəng əczaçılıq şirkətinin adı başqa davalarda da hallanır. Belə ki, şirkət uşaq kirşanlarının tərkibindəki zəhərli maddələrə görə də məhkəməlik olub. Bundan başqa avqust ayında şirkət Oklahoma ştatında asılılıq yaradan ağrıkəsicilərlə ictimai ziyan vurduğuna görə 572 milyon dollar məbləğində cərimə edilib Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayden Trampla debatlarda iştirak etməyə hazır olduğunu bildirdi
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
Professor tələbəsinə aşiq olub ailəsini dağıtdı

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO