Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18823
az

ABŞ səfirliyindən “Greencard”la bağlı XƏBƏRDARLIQ

11:3309 Oktyabr, 2019
533
  • A
 
ABŞ-ın Azərbaycandakı səfirliyi 2021-ci ilin “Greencard” viza proqramı ilə bağlı saxtakarlıqların edilməsi barədə xəbərdarlıq yayıb.

Oxu.Az-ın xəbərinə görə, səfirlik bildirib ki, “Greencard” ərizəçilərinə saxta elektron poçt və məktubların sayı əhəmiyyətli dərəcədə artıb.

“Bu cür saxta elektron poçt və məktubların müəllifləri “Greencard” proqramının ərizəçilərindən ödəniş əldə etmək istəyirlər. Bunun üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər”, - deyə səfirliyin müraciətində qeyd olunub.

Bildirilib ki, bundan əlavə, yerli viza təşkilatları, “Greencard” proqramına daxil etmək məqsədi ilə şəxsi məlumatları vermək üçün müraciət edə bilərlər. Səfirlik bəyan edib ki, bu təşkilatlar  təşkilatlar yalnız öz maraqlarını güdür:

“ABŞ səfirliyi heç bir yerli “Greencard” təşkilatı ilə çalışmır və ya dəstək göstərmir”.  

ABŞ səfriliyi vurğulayıb ki, “Greencard” qazanmaq istəyənlər yalnız Dövlət Departamentinin rəsmi saytı (http://www.dvlottery.state.gov) vasitəsilə, heç kimə ödəniş ödəmədən ərizələrini göndərə bilərlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada onlara çölə çıxmamaq tapşırıldı - Nə baş verir?
Dəhşətli anlar kameraya düşdü: Küçədə iki qadına görün nə etdi
Əxlaqsız qadınları mənzildə öldürdülər (18+VİDEO)

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu