Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18288
az

Kəşfiyyat Prezidentin telefon danışığın dinləyirmiş

11:2525 Sentyabr, 2019
754
  • A
 
ABŞ Nümayəndələr Palatasında çoxluqda olan demokratların lideri Nensi Pelosi prezident Donald Trampa qarşı rəsmi impiçment araşdırmasına göstəriş verib. Pelosi prezident Donald Trampı Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı Konstitusiyanı pozmaqda ittiham edib.

Virtualaz.org xəbər verir ki, Trampın barəsində rəsmi impiçment prosedurunun baladılması ilə nəticələnən bu qalmaqal Mərkəzi Kəşfiyyat İdarəsinin zabitinin Federal Təhqiqatlar Bürosuna şikayəti əsasında başlayıb. Həmin kəşfiyyat zabiti Trampın telefon danışığını dinləyərkən onun Ukrayna prezidentinə demokrat senator, keçmiş vitse-prezident Co Baydenin oğlunun “korrupsiya əlaqələrini” araşdırmaq üçün təzyiq göstərdiyini müəyyən edib. Bayden növbəti seçkilərdə demokratlardan prezidentliyə əsas iddiaçıdır və onun oğlu Hanter Bayden Ukraynada vaxtilə bizneslə məşğul olub. Telefon danışığı zamanı Tramp Zelenskiyə bildirib ki, Bayden və oğlu haqda araşdırma aparılmasa ABŞ Ukraynaya 250 milyon dolları hərbi yardım olmaqla 400 milyon dollarlıq yardımı dayandıracaq.

Bu, ABŞ siyasi sistemi və Konstitusiyası üçün ciddi qalmaqaldır. Çünki vəzifədə olan prezident faktiki olaraq siyasi rəqibinə qarşı hakimiyyət rıçaqlarından istifadə edir.


{banner_reklam1}

Məsələ üzə çıxandan sonra Tramp iddiaları rədd edib, deyib ki, xarici liderlərlə apardığı telefon danışığının kəşfiyyat tərəfindən dinlənildiyini bilə-bilə hansısa ağılsızlıq etməzdi və Zelenski ilə söhbətdə sadəcə olaraq Ukraynadakı korrupsiyaya qarşı mübarizə aparılması zərurətindən danışılıb.

Lakin Trampın təkziblərinə baxmayaraq məsələ böyüyüb. Nümayəndələr Palatasında demokratlar Trampın Konstitusiyanı pozduğunu əsas gətirərək onun barəsində impiçment prosedurunun başladılmasına çağırıblar. Spiker Nensi Pelosi bu çağırışlara müqavimət göstərib, amma ötən gün nəhayət impiçment prosedurunu başlatmağı qərara alıb.

Demokratların çoxluğa malik olduqları Nümayəndələr Palatasının spikeri Nancy Pelosi indiyədək impiçment proseduruna başlanması üçün partiyadaşlarının çağırışlarına müqavimət göstərib.

Pelosi bəyanatla çıxış edərək deyib ki, Trampın Ukraynadan onun siyasi opponenti barədə təhqiqata başlanmasını istəməsi, hətta bu tələbi Ukraynaya milyonlarla dollarlıq yardımın verilməsi ilə bağlamayıbsa belə, qanunsuzdur. O, Trampın hərəkətini “verdiyi prezident andına xəyanət” adlandırıb və deyib ki, “heç kəs qanundan yuxarı deyil”.

Mətbuat yazır ki, bu qərar Pelosinin partiyasını prezidentlə qarşıdurmanın yeni mərhələsinə çıxarır və Ağ Evin sahibliyi uğrunda 2020-ci il seçki yarışının gedişatına qeyri-müəyyənlik gətirir.

Öz uğurlarını qarşıdurmalar üzərində quran Tramp onun barəsində impiçment araşdırmasını “əcinnə ovu” adlandırıb və deyib ki, bu, onun üçün çox “pozitiv” bir vəziyyət yaradır.

Bundan az əvvəl Tramp demişdi ki, Ağ Evin administrasiyası onun Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə iyul ayında etdiyi telefon söhbətinin “tam, tamamilə açıq və redaktə olunmamış” mətnini açıqlaya bilər. "Özünüz də görəcəksiniz ki, bu çox dostyana və tamamilə normal telefon danışığı olub. Təzyiq olmayıb”,-o bildirib.

Lakin Senat demokratlarının lideri Çak Şumer deyib ki, telefon danışığının yazılı mətninin açıqlanması kafi deyil və onun partiyası Ağ Evdəki kəşfiyyat nümayəndəsinin bu telefon söhbətinə dair şikayətinin mətnini qanuna müvafiq şəkildə Konqresə verilməsini tələb edir.

Xatırladılır ki, Tramp ABŞ-ın Ukraynaya 400 milyon dollarlıq yardımını dondurmuşdu. BMT Baş Assambleyasında iştirak edən Tramp müxbirlərə deyib ki, o Ukraynaya verilməli olan vəsaiti korrupsiya ilə mübarizə zəminində və Avropa müttəfiqlərini – Fransa və Almaniyanı Ukraynaya yardım göstərməyə məcbur etmək məqsədilə dondurmuşdu.O bildirib ki, sonradan Ukraynaya verilməli olan pulların hamısı buraxılıb və onun məqsədi Avropa ölkələrinin də Ukraynaya yardıma töhfə vermələri üçün onlara təzyiq göstərmək olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli görüntü: Piton ilanı su içən ceyranı diri-diri uddu
Meymunu 5 il boyunca makiyaj edib fahişə kimi satdılar
347 nəfərin olduğu təyyarə havada yandı - ŞOK VİDEO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur