Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18134
az

Ermənistanda kişi çatışmazlığı - Paşinyan ciddi problemi təlxək açıqlamaları ilə gözdən salır

17:0020 Sentyabr, 2019
594
  • A
 
Ölkənin demoqrafik inkişaf göstəricisi xalqın həyat səviyyəsinin göstəricisidir. Bir qayda olaraq, inkişaf edən iqtisadiyyat, siyasi stabillik, sabaha olan inam, gənclərin inkişafına qoyulan sərmayə doğumun artmasını stimullaşdıran faktorlardır.

Bu gün demoqrafik böhranla qarşılaşan ölkələrdən biri də Ermənistandır. Ermənistan əhalisi sürətlə azalır. Belə ki, son il ərzində Ermənistan əhalisi 7.6 min nəfər azalıb. BMT-nin hesabatına əsasən, 2100-cü ildə Ermənistan əhalisinin sayı iki milyon nəfərdən az olacaq. Bu gün isə ölkədə 3 milyon 62 min insan yaşayır.

KİV-də yayılan xəbərlərə əsasən, Ermənistan əhali sayının azalması təhlükəsi ilə üz-üzədir. Ölüm halları doğum hallarını üstələyib. Əgər Ermənistan respublikasında hələlik balans doğum hallarının xeyrinədirsə, Loru vilayətində bu il artıq məsələ ilə bağlı həyəcan siqnalı verilib.

BMT mütəxəssisləri problemi həll etmək üçün təcili tədbirlərin görülməsini məsləhət görürlər. Əks halda, beş il sonra əhalinin azalması bütün Ermənistan üçün xarakterik olacaq.

Ermənistanın müstəqillik dövrü əhalinin təbii artımın azalması ilə xarakterizə edilir. Əgər 1986-cı ildə bu rəqəm 60 min idisə, 2018-ci ildə 10.8 min nəfərə qədər azalıb. Bu gün Ermənistandakı doğum evlərindən yeni doğulan körpələrin səsi daha az eşidilməyə başlayıb.

Rəsmi statistikaya əsasən, əgər 2016-cı ildə Ermənistanda 40.592 körpə dünyaya gəlibsə, 2018-ci ildə bu rəqəm 36.502 olub.

Mütəxəssislərin qiymətləndirməsinə əsasən, gənclərin, xüsusən də kişilərin nikaha girməkdə həvəsli olmadığı Ermənistanda doğum həddinin artımını gözləmək sadəlövhlük olar.

Ermənistanın zəif iqtisadiyyatı gənclərdə və kişilərdə özünəinamı azaldır və onlar bu şərtlər altında ailənin minimal tələbatını ödəyə bilməyəcəklərini düşünürlər. Son 20-30 il ərzində ailələr bir neçə uşaq sahibi olmaq istəmədikləri üçün də əhali sayında azalma var.

Ölkədə demoqrafik balansın pozulmasının səbəblərindən biri də gənclərin miqrasiyasıdır. Nəticədə, Ermənistanda 60 min kişi çatışmazlığı yaranıb. Bu barədə erməni KİV-ləri məlumat yayırlar. Bu isə ilk növbədə Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə mənfi təsir edir.

“Miqrasiya bizim təhlükəsizliyimizin ən ciddi problemlərindən biridir. Bu, ilk növbədə orduya mənfi təsir edir. Biz bu problemin həll yolunu axtarmağa çalışırıq, amma bir komponentin köməyi ilə problemi həll etmək mümkün deyil”, - Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə deyib.

Əhali sayının artımına həm də selektiv abortlar mənfi təsir edir. Ermənistanda qızlara nisbətən, oğlan uşaqlarının doğulmasına üstünlük verirlər. Artuyunyanın sözlərinə əsasən, əgər doğulacaq körpənin cinsiyyəti ilə bağlı selektiv abort problemi həll edilməsə, 2060-cı ildə Ermənistan əhalisinin sayı 80 min nəfər azalacaq.

“Bizim hesablamalarımıza əsasən, 2060-cı ildə 93 min qız körpəsi doğulmayacaq. Bununla əlaqəli olaraq, Ermənistan əhalisi 2060-cı ildə 80 min nəfər azalacaq”, - deyə BMT-dəki Ermənistan əhalisi Fondunun nümayəndəsi qeyd edib.

Artuyunyanın fikrinə əsasən, əhali sayının azalması milli təhlükəsizlik üçün böyük təhdiddir. O, qeyd edib ki, əhali sayı azaldığı üçün ölkə iqtisadi aktivlik və rəqabətədavamlılıq göstərə bilməyəcək. Bu isə adambaşına düşən xərcin artması deməkdir. Belə bir tendensiya dövlət üçün böyük yükdür və milli təhlükəsizliyi üçün də problemdir.

Yuxarıda sadalanan faktlar nəticəsində Ermənistan əhalisi son 27 il ərzində 600 min nəfər azalıb. Əminliklə demək olar ki, yaxın illərdə Ermənistanda iqtisadi vəziyyətin stabilliyi üçün heç bir addım atılmayacaq.

Belə əminlik haradandır? Baş nazir Nikol Paşinyanın vədləri düşük populizmdən başqa bir şey deyil. Onun Ermənistanda əhalinin sayını artırmaq üçün dövlət səviyyəsində proqram icra etmək niyyəti olsaydı, buna inanmaq olardı.

Paşinyan 2050-ci ildə əhali sayının beş milyon nəfərə çatacağını vəd edir. Yenə 3.2, 3.3 milyon desəydi, başa düşmək olardı. Amma yox, Paşinyan ölkə üçün ciddi olan problemi təlxək açıqlamaları ilə gözdən salır. Çünki paralel olaraq, Ermənistanda futbol üzrə dünya çempionatının keçiriləcəyini vəd edir.

Hələlik isə minlərlə erməni ölkəni tərk edir. Onlar özlərini reallaşdırma imkanı axtarır, iqtisadi böhrandan qaçırlar. Əgər Paşinyan, onun dövrünə qədər Koçaryan və Sarqsyan demoqrafik problemlə ciddi məşğul olsaydılar, ermənilərin miqrasiyasının qarşısını alardılar.

Bu problemin həlli yolları isə erməni iqtisadiyyatının sağlamlaşdırılmasından keçir. Onun irimiqyaslı regional layihələrə cəlbindən keçir. Bu isə Yerevanın aqressiya və işğalçılıq siyasətindən əl çəkməsi, işğal etdiyi torpaqları azad etməsi halında mümkündür.

Azərbaycan-Ermənistan münaqişəsi həll edildikdən sonra yerevan regional layihələrə cəlb edilə bilər. Nəticədə, yeni iş yerləri yarana bilər. Ermənilər yaxşı həyat və iş axtarmaq üçün ölkəni kütləvi şəkildə tərk etməzlər. Uyğun olaraq da, doğumlar arta bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə məktəbliləri daşıyan avtobus aşdı - Yaralılar var
İcmadan sərt bəyanat: AP-nin saxtakar deputatları...
Vanqanın kəhanəti: Slavyan dövləti, Yaşıl hökmdar...

İti xilas edərkən buzlu suya düşdü

18+

Bakıda dəhşətli qətlin videosu yayılıb (18+)
Döyüşlərdən  VİDEO YAYILDI
Yumurtanın  insana  bu ziyanı var imiş  - Həkimdən şok AÇIQLAMA
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO