Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17961
az

Azərbaycanlı mühacir Almaniyada intihara cəhd etdi

11:5116 Sentyabr, 2019
913
  • A
 
Almaniyanın Hermefkeil şəhərində 34 yaşlı azərbaycanlı özünə qəsd edib.

Bu barədə məlumatı Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev yayıb.

Onun sözlərinə görə, 2017-ci ilin yanvar ayında Almaniyaya gedən Emin Bağırov sığınacaq üçün müraciət edib. 11 sentyabr 2019-cu il saat 17 radələrində vətənə qayıtmaq haqqında xəbərdarlıq məktubu ilə sosial qurumun binasına daxil olub, mübahisədən sonra isə üzərinə benzin tökməklə özünü yandırıb.

O, ağır dərəcəli yanıqdan koma vəziyyətinə düşüb və hadisə yerinə gələn helikopterlə xəstəxanaya aparılıb. İlkin məlumata görə, Bağırov Emin Sumqayıtda anadan olub. Evlidir, iki uşağı var. Uşaqları Sumqayıtda yaşayır.

Hələ də komadan ayılmayan Eminin vəziyyəti ağır olaraq qalır. Sabah onu əməliyyat edəcəklər.

Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Ukraynanın yeni səfiri Azərbaycana gəlib

Xankəndidə doğulan ilk körpənin valideynləri Su Ehtiyatları Agentliyinin əməkdaşlarıdır

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı