Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17939
az

İranda qadınlarla bağlı inqilabi qərar - Gələn aydan...

17:5815 Sentyabr, 2019
508
DÜNYA
  • A
Oktyabrın 10-dan başlayaraq İranda qadınlar stadionlarda futbol oyunlarını izləyə biləcəklər.

Bu barədə İranın vitse-prezidenti Hüseyn Əli Əmiri məlumat verib. O bildirib ki, hazırda ölkənin bütün stadionlarında yenidənqurma işləri aparılır. Qadınların stadiona daxil olmaları üçün xüsusi keçidlər qurulur və kişilərdən ayrı oturmaları üçün bölmələr inşa edilir.
Vitse-prezident deyib ki, futbol kimi maraqlı bir oyuna baxmaq hüququnu qadınlardan almaq olmaz.

Xatırladaq ki, sentyabrın 10-da stadiona daxil olmağa cəhd edən 29 yaşlı qadın azarkeş Səhər Xudayari tutularaq məhkəməyə verilmişdi. Məhkəmənin ona cəza verməsini öyrənən S.Xudayari özünü yandıraraq öldürüb. Bundan sonra Beynəlxalq Futbol Federasiyaları Assosasiyası (FİFA) İran hökumətini tənqid edərək məktub göndərib. Məktubda tələb edilirdi ki, qadınların hüquqları pozulmasın və onların stadiona maneəsiz daxil olmalarına icazə verilsin. Əks təqdirdə İranın Milli Futbol Federasiyasına sanksiyalar tətbiq olunacaq. Bu isə onu deməyə əsas verirdi ki, İranın milli komandası beynəlxalq yarışlara buraxılmayacaq. Lakin İran hökuməti məsələni həll edərək sanksiyaların tətbiqinə imkan yaratmadı.

Qeyd edək ki, oktyabrın 10-da Tehranda İran və Kambocanın milli komandaları qarşılaşacaq.  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Solovyov yenə geri addım atdı - Uğursuz erməni sifarişi
Dünya əhalisi ilə bağlı HƏYƏCAN TƏBİLİ: 2050-ci ilə qədər...
Çadda partlayış nəticəsində 7 hərbçi həlak olub

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu