Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17917
az

Narkotiki daxili orqanında sərhəddən keçirmək istədi

18:5114 Sentyabr, 2019
510
  • A
 Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Nəticədə vətəndaşın daxili orqanı - düz bağırsağından 2 ədəd sellofan bükümdə çəkisi 4,792 qram olan psixotrop maddə-metamfetamin, çəkisi 30,834 qram olan narkotik vasitə - heroin və 16 ədəd qəhvəyi rəngli üzərində F/M 40 nişanəsi olan həb və 6 ədəd həb qırıntıları aşkarlanıb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir və aşkar olunan həblərdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada terror aktı ilə bağlı beşinci şəxs həbs edilib
Qırğızıstanda ölkə rəhbərliyinə sui-qəsd etmək istəyən 5 azərbaycanlı saxlanılıb – KİV

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Tovuzda 40 yaşlı kişi FACİƏLİ şəkildə öldü