Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17897
az

İş adamı hamilə sevgilisini küçədə döyüb bu günə qoydu - Foto

10:4814 Sentyabr, 2019
470
  • A
 
Türkiyəli model-aktrisa Ceren Kaplakarslan ilə anası Nuray Deveci Yeşiltepe gənc manekenin sevgilisi, iş adamı Temel Kankıran tərəfindən fiziki şiddətə məruz qalıb.

“Qafqazinfo”nun “haberturk”ə istinadən verdiyi xəbərə görə, hadisə 1 sentyabrda baş versə də, bir neçə gün öncə KİV-də yayılıb. Belə ki, modelin atası Atilla Kaplakarslan “Kanal D”də yayımlanan “Müge ve Gülşenle 2-ci sayfa proqramı”na canlı yayıma qoşularaq qızı ilə həyat yoldaşının başına gələnlər barədə məlumat verib.

Onun sözlərinə görə, biznesmendən 6 aylıq hamilə olan qızı anası ilə xəstəxanaya gedib. Hər iki şəxsə qarşı hücum da məhz orada baş verib:

“Özünü həm də Milli Kəşfiyyat Təşkilatının (MİT) üzvü kimi təqdim edən o şəxs xəstəxanaya gedərək qızım hamiləliyi ilə bağlı instaqramda paylaşım etdiyinə görə onunla mübahisə edib. Daha sonra qızım xəstəxanadan çıxıb evə getmək üçün avtomobilinə minməyə çalışıb. Bu zaman Kankıran Creni maşından məcbur endirərək öz avtomobilinə mindirmək istəyib. Anası müdaxilə edəndə silahını çıxararaq arvadımın iki qolunu qırıb. Daha sonra silahın arxası isə qızımın gözünə vurub və hər ikisini təpikləməyə başlayıb. Ətrafdakı insanların köməyilə qızımla yoldaşım o caninin əlindən xilas olunub. Xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri stabildir”.



Ceren Kaplakarslan da hadisəni təsdiqləyib. O, biznesmenlə 3 il öncə sevgili oldğunu, 1 il əvvəl ondan ayrıldığını, lakin dəfələrlə qarşı tərəf onu valideynlərini öldürəcəyi ilə təhdid etdiyindən münasibətini davam etdirmək məcburiyyətində olduğunu açıqlayıb.

Baş vermiş hadisə mətbuatda işıqlandırıldıqdan sonra Kankıran polisə təslim olub. O, tutularaq həbsxanaya göndərilib.

Qeyd edək ki, C. Kaplakarslan müğənni Rafet El Romanın keçmiş həyat yoldaşıdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli görüntü: Piton ilanı su içən ceyranı diri-diri uddu
Meymunu 5 il boyunca makiyaj edib fahişə kimi satdılar
347 nəfərin olduğu təyyarə havada yandı - ŞOK VİDEO

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı