Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17588
az

Putin \"Əl-Qaidə\"nin ABŞ-a hücum edəcəyini bilirdi - Buşa edilən zəngin ŞOK DETALLARI ÜZƏ ÇIXDI

09:3406 Sentyabr, 2019
1098
  • A
 

11 sentyabr 2001-ci terror aktlarından iki gün əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-ın 43-cü prezidenti kiçik Corc Buşa xəbərdarlıq edib.

Oxu24.com   TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda yeni kitabında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiya üzrə əsas analitiki olmuş Corc Bibi yazıb.

O iddia edir ki, Putin Rusiya kəşfiyyatının yaxınlaşan terror kampaniyasının əlamətlərini aşkar etdiyi barədə həmkarını xəbərdar etmək üçün hücumlardan iki gün əvvəl zəng vurub. Kitabın müəllifi həmçinin xatırladıb ki, Putin başsağlığını ifadə etmək üçün Ağ Evə ilk zəng edən xarici liderlərdən olub.

2017-ci ildə Vladimir Putin Amerika rejissoru Oliverə Stouna müsahibəsində terror aktlarında ABŞ xüsusi xidmət orqanlarının iştirakı haqqında versiyanı şərh edib.

“Mən inanmıram ki, Amerika kəşfiyyat xidmətləri terror aktlarının təşkilatçısı idi”, - Rusiya dövlətinin başçısı deyib.

Xatırladaq ki, "Əl-Qaidə"nin törətdiyi terror aktları nəticəsində təxminən 3 min insan həlak olub, 6 mindən çoxu yaralanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çindən Azərbaycana uçan sərnişinlər saatlardır aeroportda qalıb - Video
Türkiyədə güclü zəlzələ: dağıntılar və yaralılar var
Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO