Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17495
az

Kənddə yaşayan ər-arvad inəkləri satıb 15 ölkə gəzdilər

21:4303 Sentyabr, 2019
1118
  • A
 Türkiyənin Şırnak şəhərində yaşayan ər-arvad səyahət planı üçün inəklərini satıb. Balverən kəndinin sakinləri bundan götürdükləri qazanc sayəsində Avropanın 15 ölkəsini gəziblər.
Oxu24.com xəbər verir ki, Artuç ailəsi, beləcə, səyahət etdikləri ölkələrin sayını 25-ə çatdırıb. Son 10 ildə onlar Suriyada, İraqda, İranda, Ermənistanda, Gürcüstanda, Rusiyada, Kubada, Yaponiyada, Braziliyada və Qətərdə olmuşdular. İnəkləri satmaq Avropaya ayaq açmağa imkan verib. Ər-arvad Bolqarıstana, Serbiyaya, Macarıstana, Avstriyaya, Slovakiyaya, Çexiyaya, Almaniyaya, Hollandiyaya, İspaniyaya, İtaliyaya, Fransaya, Sloveniyaya, Xorvatiyaya, Makedoniyaya və Yunanıstana gedib.

Feyzullah Artuç deyir ki, bu dəfə tarixi yerləri görmək istəyirdilər. Bunun üçün 1500 km məsafə qət ediblər. Yerli geyimlərini, rəqslərini hətta Eyfel qülləsinin qarşısında da göstərməyə imkan tapıblar. Ətrafdakıların böyük marağına səbəb olublar.

Feyzullah heç bir xoşagəlməz hadisə ilə üzləşmədiklərini söyləyir. Avropada yaşayan türkiyəlilər onlara yalnız əl uzatmağa çalışıb: “Bizə hər şeydə yol göstərirdilər. Çox məmnun qaldıq”.

Artuç Avropada böyük mədəniyyət gördüklərini bildirir. “Mədəniyyət saçını bir tərəfə daramaq və ya yamaqlı şalvar geyinmək deyil”, – kəndli təəssüratını belə bölüşür. Feyzullah avropalıların xoşbəxt yaşadığını görüb: “Biz Türkiyədə küçə heyvanlarına təpik atırıq. Orada başqa şeylər gördüm. Heyvanlara baxışım dəyişdi”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“WhatsApp”da yeni funksiya yaradıldı
Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO