Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17471
az

“Lotu Quli” “qanuni oğru” titulundan məhrum edilə bilər

12:5103 Sentyabr, 2019
960
  • A
 

Kriminal aləmin tanınmış simalarından olan, “Lotu Quli” ləqəbli azərbaycanlı “qanuni oğru” Nadir Səlifov titulundan məhrum edilə bilər.

Oxu24.com  xəbər verir ki, bu barədə Ded Xasanın varisi sayılan və hazırda həbsdə yatan Zaxari Kalaşovun da (Şakro Molodoy) və Rövşən Lənkəranskinin klanına daxil olan digər "qanuni oğru” Badri Koquaşvili qərar veriblər.

Badri Koquaşvili Nadir Səlifovun “qanuni oğru” titulundan məhrum edilməsilə bağlı təklif irəli sürüb. O, buna əsas kimi “Lotu Quli”nin Türkiyədə 35 yaşlı “qanuni oğru” Quram Çixladzenin döyülməsini göstərib.

İddia olunur ki, gürcü “qanuni oğru” Quram Çixladze “Lotu Quli”nin adamı, tanınmış kriminal avtoritetlərdən olan Armen tərəfindən döyülüb.


Qeyd edək ki, Çixladzenin Rövşən Lənkəranskinin qohumları ilə sıx dostluq münasibətlərində olması Lotu Qulini qəzəbləndirib və ona xəbərdarlıq edib.


Onların Türkiyədə baş tutan görüşü zamanı Quram Çixladze Nadir Səlifovun fikirlərini qəbul etmədiyini və Rövşən Lənkəranskinin qohumları ilə dost qalacağını deyib.

Lotu Qulinin həmin görüşdə iştirak edən tərəfdaşı Arman adlı şəxs gürcü avtoriteti döyüb. Çixladze təhlükə ilə üz-üzə qaldığını görüb, oradan uzaqlaşıb və İsrailə uçub.

“Kutaisi kriminal qruplaşması”nın əsas simalarından biri sayıldığından bu hadisənin ciddi kriminal müharibəyə səbəb olacağı düşünülür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ