Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17092
az

Quşlar təyyarəyə belə çırpıldı -Qəza anının dəhşətli görüntüsü

10:0824 Avqust, 2019
1920
  • A
 
Xəbər verdiyimiz kimi, bir qədər əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbini açıqlayıb.

Oxu24.com xəbər verir ki, iyulun 24-də saat 22.00 radələrində qəzaya uğrayan MiQ-29 təyyarəsinin "qara qutu"dakı məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.

Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb.

“Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

Məlumat üçün bildirək ki, yüksək sürətlə hərəkət edən döyüş təyyarələrinin havadakı kiçik cisimlərlə, o cümlədən də quşlarla toqquşmasının nə qədər ağır nəticələrə səbəb olduğu barədə dünya mətbuatında mütəmadi məlumatlar yer alır.

Qeyd edək ki, bu ilin may ayında ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) qısa məsafli uçuş üçün nəzərdə tutulmuş və şaquli eniş həyata keçirən "F-35B" hərbi təyyarəsi Yaponiyanın Yamaquti prefekturasında yerləşən İvakuni bazasından uçuş zamanı quşla toqquşub. Pilotlar dərhal uçuşu dayandırıb, hadisə nəticəsində heç kim xəsarət almayıb. Buna baxmayaraq, ABŞ komandanlığı hadisəyə ən təhlükəli "A" səviyyəsini verib. Bu isə o deməkdir ki, təyyarəyə azı 2 milyon dolları məbləğində zərər dəyib.

Bir il əvvəl - avqustun 21-də İsveçin "Jas 39 Gripen" qırıcı təyyarəsi də qəzaya uğrayıb.İsveç Silahlı Qüvvələrindən bildiriblər ki, "Jas 39 Gripen" Blekinge vilayətində F17 uçuş donanması yaxınlığında quşla toqquşub. Toqquşmadan sonra pilot vaxtında təyyarəni tərk edə bilib, təyyarə isə meşə zonasına düşüb.

Bu ilin iyun ayının 27-də isə Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Jaguar" qırıcı-bombardmançı təyyarəsi uçuşdan dərhal sonra quş dəstəsilə toqquşub. Pilot təhlükədən qorunmaq üçün təyyarədəki raketləri və yanacaq çənini təyyarədən kənarta atıb və bu zaman yerə düşən raketlər dəhşətli partlayışa səbəb olub. Onu da bildirək ki, bu hadisə video kamera vasitəsilə qeydə alınıb.

Həmin hadisənin videosunu təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli görüntü: Piton ilanı su içən ceyranı diri-diri uddu
Meymunu 5 il boyunca makiyaj edib fahişə kimi satdılar
347 nəfərin olduğu təyyarə havada yandı - ŞOK VİDEO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur