Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16555
az

Ermənistan ordusunda BİABIRÇILIQ: zabitlər əsgərləri...

21:1307 Avqust, 2019
1138
  • A
Ermənistanın işğalı altındakı Ağdərə rayonu ərazisində, Madagiz kəndindəki düşmənin hərbi hissəsində zabitlərin əsgərlərə qarşı zorakılıqları davam edir.

Oxu24.com Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, hərbi hissənin bir neçə zabiti barəsində cinayət işi başlanıb, digərləri müxtəlif cinayətlərə görə məhkum edilib. Amma onlar xidmətdən azad olunmayıblar və hələ də hərbi hissədə qulluq edirlər. Bu il iyunun 12-də gecə saatlarında mayor Faxradyan əsgərləri yerə yıxaraq onları tapdalayıb. O, əsgərləri “Yat” komandası verildikdən sonra kazarmanın yataqxanasında yemək yedikləri üçün cəzalandırıb. Əsgərləri yemək yeyərkən yaxalayan mayor onlardan üçünü - kiçik serjant Mxitar Sarkisyanı, Sergey Qriqoryanı və Narek Petrosyanı döyüb. Səhər saat 7.30-da isə o, polkun qarşısında Poqosyanı və daha beş hərbçini sıraya düzüb. Butulka ilə kiçik serjant Poqosyanın başına və sifətinə zərbələr endirın mayor digərlərinə uzanmağı əmr edib və onları tapdalayıb.

Bu əməllərinə görə həmin ilin avqustunda məhkəmə mayorun barəsində başqa yerə getməmək barədə iltizam tədbiri barədə hökm çıxarıb. İl yarım davam edən istintaq dövründə hərbi prokurorluq mayoru təcrid etməyib və o, xidmətini davam etdirib. Nəhayət, bu ilin fevralında Gorus məhkəməsi mayor Faxradyanı dörd il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Lakin onun cəzası şərti cəza ilə əvəzlənib. Bu qərar qəbul olunarkən polk komandirinin təqdim etdiyi müsbət xarakteristika əsas götürülüb. Ancaq hökmdən cəmi bir neçə ay sonra Faxradyan yenə əsgəri döyüb və iş hərbi prokurorluğa göndərilib. Amma mayor yenə də məhkum edilməyib. Bu dəfə də onun barəsində başqa yerə getməmək haqda iltizam tədbiri seçilib.

Cinayətkar mayor Faxradyan prokurorluğun, hakimlərin, komandirlərinin, polkovnik Armen Gözəlyanın, müdafiə naziri Davit Tonoyanın tam himayəsi altındadır. Madagizdəki hərbi hissədə zorakılıq və cinayətlər isə davam edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin İsrail ərazisinə gecə hücumuna reaksiya verib
Ukraynada 600 uşaq müharibənin qurbanı olub
772-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO