Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15564
az

İstidən dünyanın bəzi yerlərində yaşamaq mümkün olmayacaq

20:4611 İyul, 2019
636
  • A
 
Hindistandakı istilər göstərir ki, tezliklə Yer kürəsinin bəzi bölgələri yaşayış üçün yararsız hala gələcək – tədqiqatçılar həyəcan təbili çalır”, – İsveçrənin “Tages-Anzeiger” nəşrindəki yazılardan biri belə başlayır.
Bizimyol.info xəbər verir ki, jurnalist Yanet Viget planetin ən böyük problemlərindən birindən yazıb. “Hindistanda yüksək temperatur, adətən, martdan iyula qədər müşahidə olunur. Musson yağışları başlayanda nisbətən aşağı düşür. Amma son illər güclü istilərin tezliyi, intensivliyi və davametmə müddəti nəzərçarpan dərəcədə artıb. 2010-ci ildə ölkədə 21 istilik dalğası müşahidə olunmuşdusa, 2018-ci ildə say 484-ə çatıb. Bu müddətdə güclü istilərdən 5 mindən çox insan həyatını itirib”, – yazı belə davam edir.

Bu yay istidən 100-dən artıq adam ölüb. Dehlinin qərbində yerləşən Çuru şəhərində termometrin əqrəbi 50,6 dərəcəni göstərib. Bu isə az qala Hindistan rekordu deməkdir. Dehlidə temperatur 48 dərəcəyə qədər yüksəlib. İyun heç vaxt olmadığı qədər isti keçib.

Meteoroloqlar hesab edir ki, vəziyyət getdikcə pisləşəcək. İstilik dalğaları ayrı-ayrı bölgələrə yox, bütün ölkəyə təsir göstərəcək. Massaçusets Texnologiya İnstitutunun ekspertləri lap bədbin düşünür. Onların fikrincə, tezliklə Hindistanın bəzi yerlərində insan orqanizminin tab gətirməyəcəyi istilər olacaq.

İnstitutun əməkdaşları zərərli tullantıların artması halında əsrin sonuna qədər dünyada orta temperaturun 4,5 dərəcə yüksələcəyini proqnozlaşdırır. Ən yaxşı halda 2,25 dərəcə artım olacaq.

Qəzet yazır ki, Hindistanın bəzi bölgələrinin tamamilə yararsız hala çevrilməməsi də mümkündür. Amma bu halda da oralarda yaşamaq ağırlaşacaq. Xüsusilə Hindistanın şimal-şərq, şərq hissəsi, Banqladeşlə sərhəd əraziləri, Qanq çayının sahilləri çətin şərtlərlə üz-üzə qalacaq. Şri-Lankada, Pakistanda da belə təhlükə var. Bir neçə onilliklər sonra milyardlarla insan istinin böyük təsirini hiss edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
Professor tələbəsinə aşiq olub ailəsini dağıtdı
Krım körpüsü bağlandı

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu