Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
150
az

Putindən Qarabağla bağlı Bakının xeyrinə - Təklif

19:2601 Aprel, 2018
4484
  • A
 2016-cı ilin aprelində Qarabağ cəbhəsində baş verən döyüşlərindən sonra Rusiya Prezidenti Vladimir Putinin konfliktin həllində vasitəşiliyi stimullaşdırıldı.

Oxu24.com  modern.az-a istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı eks-səfiri, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza  deyib.

Onun fikrincə, Vladimir Putin ilk olaraq cəhd etdi ki, ATƏT-in Minsk Qrupunun digər həmsədrləri olmadan təşəbbüsü ələ alsın.

"Lakin sonradan digər həmsədrlər - Amerika və Fransa - bu səylərə inteqrasiya olundular. Azərbaycanın aprel döyüşlərində hərbi əməliyyatlarla öz ərazilərini geri qaytarması bir çox beynəlxalq müşahidəçini təəccübləndirdi. Və onu göstərdi ki, Azərbaycan ordusu həqiqətən də lazımi islahatları uğurla həyata keçirib".

Onun sözlərinə görə, Putin Azərbaycanın əleyhinə olmayan konstruktiv təkliflər vermişdi, lakin Ermənistan bunu qəbul etməkdən boyun qaçırdı.

"2016-cı ilin iyul ayında etirazçılar İrəvanda polis binasını tutub, bir neçə nəfəri girov saxladılar. Və bununla Qarabağla bağlı təkliflərə qarşı çıxdıqlarını bəyan etdilər", - deyə Metyu Brayza söyləyib.

Eks-səfir Azərbaycan və Ermənistanın silah alması fonunda ABŞ Milli Kəşfiyyat İdarəsinin 2018-ci ildə Qarabağda genişmiqyaslı əməliyyatların başlayacağı proqnozuna da münasibətini açıqlayıb.

"Bəli, Azərbaycan və Ermənistan silah alır. Lakin təmas xəttində xarici qüvvələrin təxribatı olmasa, genişmiqyaslı əməliyyatlar başlamaz. Genişmiqyaslı əməliyyatların riski böyükdür. Çünki bu, yüksək siyasi, hərbi xərclər tələb edir. Üstəgəl, genişmiqyaslı əməliyyatların müvəffəqiyyətli olması ehtimalı aşağıdır", - deyə M.Brayza əlavə edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baqdasaryandan sensasion etiraf: Bizə yalan danışdılar, Azərbaycan hərbçiləri...
Ermənilər Xankəndini belə tərk edir - Qarabağdan qaçış başladı - VİDEO
Binəli Yıldırım Şuşaya gedib - FOTO

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
ŞOK! İnternatdan qaçan uşaq birbaşa efirə girib  görün nələr  dedi +VİDEO
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət