Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14865
az

Bu qardaşlar gecələr ölür, səhərlər yenidən dirilirlər – Tibb elmi şokdadır

09:4524 İyun, 2019
1452
  • A
 
Gündüz hər kəs kimi normal həyatlarını yaşayırlar, gecə düşəndə həyatları alt-üst olur. Pakistanda günəşin uşaqları ləqəbi ilə tanınan iki qardaş xəstəlikləri ilə bütün dünyanı şoka salıblar. Şaib Əhməd və Əbdül Rəşid adlı məktəblilər gün ərzində özlərini yaxşı hiss etsə də, günəş batan kimi iflic olurlar.

Günəş şüası yerə düşən kimi, yuxudan gümrah və enerji ilə qalxan qardaşlar həmyaşıdları kimi məktəbə gedir, idmanla məşğul olur, ev işlərində valideynlərinə kömək edirlər. Ancaq axşam düşəndə sanki sehrli bir əl onları iflic edir. Günəş çıxanadək təpədən dırnağa iflic olan uşaqlar hərəkət qabiliyyətini itirirlər.

Bəlucistan vilayətində yaşayan azyaşlıların xəstəliyi barədə xəbər yayıldıqdan sonra, əlaqədar qurumlar onların xəstəliyi ilə yaxından maraqlanırlar. İndi "günəşin uşaqları” paytaxt islamabadın ən nüfuzlu xəstəxanasında intentsiv müalicə olunurlar.

Ən dəhşətlisi odur ki, həkimlər hələ də uşaqlardakı müvəqqəti iflicə nəyin səbəb olduğunu tapa bilmirlər. Səbəb yoxdursa, nəticədən də söhbət gedə bilməz. Uşaqların sağalmağı indi ancaq arzu olaraq qalır. Onların da öz arzusu var. Şaib böyüyəndə müəllim olmaq istəyir , Əbdül isə şəriət alimi olmaq niyyətindədir./atv.az/
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli görüntü: Piton ilanı su içən ceyranı diri-diri uddu
Meymunu 5 il boyunca makiyaj edib fahişə kimi satdılar
347 nəfərin olduğu təyyarə havada yandı - ŞOK VİDEO

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi