Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14716
az

Anomal istilər 92 nəfərin ölümünə səbəb olub

20:0519 İyun, 2019
468
  • A
Hindistanın şimal-şərqindəki Bihar ştatında anomal istilər səbəbindən ölənlərin sayı 92 nəfərə çatıb.

 

Oxu24.com AZƏRTAC-a istinadən xəbər verir ki, Sinxua agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, son bir neçə həftədir ştatda bu mövsüm üçün xarakterik olmayan isti hava şəraiti hökm sürür. Burada termometrlərin göstəricisi gün ərzində 40 dərəcədən aşağı enmir. İyunun 10-da Nyu-Dehlidə havanın temperaturu Hindistan paytaxtının tarixində ən yüksək göstəriciyə çataraq 50 dərəcəni ötüb.

 

Anomal istilər və rütubətli hava şəraiti, eyni zamanda, Bihar ştatında kəskin ensefalit xəstəliyinin baş qaldırmasına səbəb olub. Son üç həftə ərzində bu xəstəlik azı 128 uşağın həyatına son qoyub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə güclü zəlzələ: dağıntılar və yaralılar var
Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Polşada Rusiya ilə əməkdaşlıqda şübhəli bilinən şəxs saxlanıldı