Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14701
az

Qüdsdə 60 erməni iki yəhudini döydü

15:5619 İyun, 2019
501
  • A
 
İyunun 8-də Qüdsdə erməni kilsə məktəbinin 60 tələbəsi Erməni patriarxı küçəsindən keçən iki gənc yəhudini dövrəyə alaraq döyüb. Xəsarətlər o qədər ağır olub ki, tibbi yardıma ehtiyac yaranıb.

Bu barədə Jewishpress.com məlumat yayıb.

Zərərçəkənləri təmsil edən vəkilin bildirdiyinə görə, keşişlər vaxtında müdaxilə ediblər, yoxsa yəhudi gənclər hadisə yerində ölə bilərdi.

“Mənim müştərilərim səki ilə hərəkət edən vaxt onlara bir qrup erməni yaxınlaşıb və zərbələr endirməyə başlayıblar. Yerdə uzanan müştərilərimin üzünə, bədənlərinə vurublar. Onlardan birini hətta qaldırıb havaya atıblar, yerə yıxılandan sonra yenidən başının üstünü alaraq döyməyə davam ediblər.

Amansız döyülmə tələbələri müşayiət edən keşişlərin linçi dayandırmağı əmr etməsinə qədər, bir neçə dəqiqə ərzində davam edib. Müştərilərim vəhşicəsinə döyülüblər, qan içində, özlərini güc-bəla ilə polis məntəqəsinə çatdırıblar”, - deyə vəkil bildirib.

Vəkilin bildirdiyinə görə, gənclər polisə şikayət ərizəsi ilə müraciət etsələr də, şübhəlilərin həbs olunub-olunmaması barədə heç bir məlumat verilmir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“ABŞ Ukraynaya kömək üçün 6 milyardlıq müqaviləyə hazırlaşır” – “Politico”
Bayden Trampla debatlarda iştirak etməyə hazır olduğunu bildirdi
KİV: Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO