Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1468
az

118 uşağın anası həbs olundu - FOTO - TƏFƏRRÜAT

10:2907 May, 2018
1754
  • A
Çinin Hebey vilayətindəki Uan şəhərinin polisi 118 uşağı övladlığa götürmüş Li  Lyiszyuanı həbs edib.

Oxu24.com Global Times-a istinadən bildirir ki, milyonlarla dollar xərcləyərək özəl uşaq evi yaradan və oradakı uşaqlara analıq edən qadın hazırda ifadə edir.

Onun uşaq evi bağlanıb.

L.Lyiszyuan ilk uşağı 1996-cı ildə övladlığa götürmüşdü. Bundan sonra fasiləsiz olaraq kimsəsiz, xəstə uşaqları övladlığa götürən qadın 2007-ci ildə "Məhəbbət kəndi" adlı özəl uşaq evi yaratmışdı.

Sonucda Linin övladlığa götürdüyü uşaqların sayı 118-ə çatmışdı.

Lakin məşhurlaşandan sonra Lyiszyuan xeyriyyəçiliyi varlanma vasitəsinə çevirib.

O, Çinin dövlət büdcəsindən uşaq evi üçün hər ay külli miqdarda pul almaqla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan insanlardan böyük məbləğlərdə ianələr qəbul edirdi.

Çinin İstintaq Komitəsi Li Lyiszyuanı övladlığa götürdüyü uşaqlar üçün toplanan maliyyəni mənimsəməkdə, habelə uşaqlardan istifadə edərək yerli məmurları hədələməkdə və şantaj etməkdə suçlayıb.

Bəlli olub ki, uşaq evinin yerləşdiyi binanın altından kabel çəkməli olan şirkətdən L.Lyiszyuan 70 min yuan, otel və hospitaldan isə 320 min yuan alıb.

Uşaq evində isə cəmi 74 uşaq varmış. Yerdə qalan uşaqlar "ölü canlar"dı, yəni onların valideynləri vardı və ailələrdə yaşayırdılar - L.Lyiszyuan hmin uşaqları "övladlığa götürülmüş" kimi rəsmiləşdirib.

Uşaq evində oğurlanmış uşaqların olduğu da istisna edilmir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“WhatsApp”da yeni funksiya yaradıldı
Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir