Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14638
az

Azərbaycanlı taksi sürücüsü DİN rəsmisini qarət etdi

12:0218 İyun, 2019
2748
  • A
 
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Çindəki rəsmi nümayəndəsinin müavini Moskvada taksi sürücüsü tərəfindən qarət olunub.

Bu barədə Life.ru yerli hüquq-mühafizə orqanlarından olan mənbəyə istinadən məlumat yayıb.

Belə ki, zərərçəkən vətənində keçirdiyi məzuniyyətin başa çatması ilə əlaqədar Çinə geri dönməyi planlaşdırıb. İyunun 14-də səhər tezdən taksi tutub. Müşahidə kamerasına düşmüş görüntüdə onun taksiyə mindiyini görmək olur. İki saatlıq yoldan sonra polkovnik-leytenantın halı pisləşib, burnundan qan açılıb.

Taksi sürücüsü ona maşından düşməyi təklif edib və üzünü yumağa kömək edib. Ancaq üzünü təmizlədikdən sonra sürücü onu yolun kənarında tərk edib.

Maşında sərnişinin bir neçə bank kartı, sənədləri (Rusiya pasportu və Çində yaşamaq icazəsi) və hədiyyələri qalıb. DİN-in yüksək çinli zabiti hadisə ilə bağlı polisə şikayət edib. Taksi sürücüsü tapılaraq saxlanılıb. Onun 59 yaşlı azərbaycanlı olduğu müəyyən edilib.

Sürücü polisə verdiyi ifadədə bu əməlini ağır maddi vəziyyəti ilə izah edib. O, sərnişinin sənədlərini zibil yeşiyinə atıb. Həmçinin, bəzi əşyaları yolda olan səfilə verdiyini bildirib. Onların heç birini tapmaq mümkün olmayıb. Polkovnik-leytenantın “iPad”ini isə özünə götürüb.

DİN zabiti hazırda sənədlərinin yenidən hazırlanması ilə məşğuldur. Azərbaycanlı taksi sürücüsü isə ölkəni tərk etməmə barədə iltizamnamənin alınmasından sonra şərti azad edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünya əhalisi ilə bağlı HƏYƏCAN TƏBİLİ: 2050-ci ilə qədər...
Çadda partlayış nəticəsində 7 hərbçi həlak olub
Bayden yenə Putini təhqir etdi

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Dava zamanı qulağını qopardı